1-ci kurs tələbələri: “UNEC ailəsinin üzvü olmaqdan məmnunuq”

16 AVQUST 2017 | VIEWS:
4925

UNEC-ə qəbul olmuş tələbələrin qeydiyyatı başlayıb. UNEC-in 2-ci tədris binasında aparılan qeydiyyata tələbələrlə yanaşı valideynlər də qatılıb. Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov, tələbə rektor Cabbar Hüseynli, universitetin tələbə təşkilatlarının rəhbərləri tələbələrlə və onların validenləri ilə görüşüb.
UNEC ailəsi adından yeni qəbul olmuş tələbələri və valideynləri təbrik edən fakültə dekanı Mirağa Əhmədov universitet rektoru, professor Ədalət Muradovun salamlarını çatdırıb, UNEC-i seçdiklərinə görə onlara təşəkkürünü bildirib, uğurlu və mənalı universitet həyatı arzulayıb. M. Əhmədov universitetdə həyata keçirilən ən son yeniliklər, xüsusən elektron universitet modeli, meqa fakültələr, differensial əmək haqqı sistemi, dünya reytinq sistemində yeri və rolu, beynəlxalq əməkdaşlığı haqda geniş informasiya verib.
Tələbə rektor Cabbar Hüseynli tələbələrin daha yaxşı təhsil almaları üçün universitetdə yaradılan şərait haqda məlumat verərək, onların bacarıqlı kadr kimi yetişmələri məqsədilə görülən işlərdən, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün tətbiq edilən yeniliklərdən danışıb.
Tələbə təşkilatlarının rəhbərləri, UNEC könüllüləri 1-ci kurs tələbələrini auditoriyalarla tanış ediblər.
Sonda tələbə və valideynləri maraqlandıran suallar cavablandırılıb.
1-ci kurs tələbələri UNEC-i seçdiklərinə görə məmnun olduqlarını bildiriblər.
Qeydiyyat avqustun 25-ə kimi davam edəcək.

4926 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna