5

i.e.n., dosent Zərbəliyev Cəmaləddin Camo oğlu

1 iyul 1948-ci ildə Şamaxı  rayonun Ərəbşahverdi kəndində anadan olmuşdur. 1955-ci ildə Ərəbşahverdi kənd məktəbinin birinci sinifinə daxil olmuşdur. 1959-cu ildə ibtidai sinfi bitirib sənədlərini Qurbançı kənd 8-illik orta məktəbinə vermiş və həmin məktəbi 1963-cü ildə bitirmişdir. Orta təhsilini davam etdirərək 1966-cı ildə Bakı şəhəri 31 saylı orta məktəbi bitirmişdir.

1966-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnsti­tu­tunun əyani şöbəsinə daxil olmuş, 1970-cü ildə həmin  institutu «Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili» ixtisası üzrə bitirmişdir.  1968-1969-cu illərdə  seçki yolu ilə İnstitut Həmkarlar Təşkilatına sədr müavini seçil­mişdir.

1970-ci ildə təyinatla D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsti­tu­tu­nun «Təsərrüfat fəaliyyətinin təhlili» kafedrasında laborant kimi işə qəbul olun­muşdur.

1971-1972-ci illərdə hərbi xidmətdə olmuş və baş leyte­nan­t hərbi rüt­bə­sini almışdır. 1973-cü ildə «Təsərrüfat fəaliyyətinin təhlili» kafedrasına veril­miş elana əsasən müəllim vəzifəsinə seçil­mişdir. 1973-cü ildə tələbə inşaat dəstəsinin rəhbəri olmuş və SSRİ Ali Soveti Rəyasət heyəti sədrinin imzası ilə «Əməkdə fərqlənməyə görə» medalı ilə təltif olunmuşdur. 1985-ci ildə «Müt­tə­fiq respub­likaların əmtəə tədavülü renta­bel­liyinin yüksəldilməsi problemləri» mövzu­sunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

1978-ci ildə «Təsərrüfat fəaliyyətinin təhlili» kafedrasına baş müəllim vəzi­fəsinə seçil­mişdir. 1992-ci ildən həmin kafedranın dosenti vəzifəsində çalışır. 19.10.2005-ci ildə Uçot-iqtisad fakul­tə­sinə dekan müavini təyin olunmuş, 25.11.2005-ci ildən 05.07.2006-cı ilə kimi fakultə dekanını əvəz etmiş, dekan seçkiləri keçirildikdən sonra o, yenidən dekan müavini vəzifəsini icra etməyə başlamışdır.  05.07.2006-cı ildən hal-hazıra kimi Uçot-iqtisad fakultəsi dekanının tədris işləri üzrə müavini vəzifəsində çalışır. 2014-cü ildə Azərbayjan Respublikası qabaqjıl təhsil işçisi döş nişanı ilə təltif edilmişdir. Uçot-iqtisad fakultəsi Elmi Şurasının sədr müavini və fakultə həm­karlar təşkilatının sədridir. Ümumilikdə 50-dən çox elmi-metodiki əsərin müəl­li­fidir.

Ailəlidir, 4 övladı var.