“2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibi – UNEC müəllimi

16 OKTYABR 2017 | VIEWS:
6317

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, dosent Fariz Əhmədov “2016-cı ilin gənc alimi” mükafat müsabiqəsinin qalibi olub.

Humanitar və ictimai elmlər üzrə qalib elan olunan F.Əhmədov bu mükafata elmi məqalələri, elmi seminarlarda çıxışı, yerli və beynəlxalq layihələrdə iştirakı və səmərəli pedaqoji fəaliyyətinə görə layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) keçirdiyi “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” mükafat müsabiqələrinin qaliblərinin mükafatlandırma mərasimində fondun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev bildirib ki, gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdikləri elmi və elmi-təşkilati nailiyyətlərini müsabiqə yolu ilə qiymətləndirmək və mükafatlandırmaq qurumun əsas hədəflərindəndir. Onun sözlərinə görə, müsabiqənin məqsədi ötən il uğurlu elmi fəaliyyət göstərən, yüksək impakt faktorlu, nüfuzlu jurnallarda elmi məqalələri dərc olunan, elmi işlərinə istinad edilən alimlərin EİF tərəfindən müəyyənləşdirilərək beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılmasıdır. E.Babayev bildirib ki, şəffaf və obyektiv keçirilən müsabiqənin nəticələrinə görə, “2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” nominasiyaları üzrə 12 alim (8 alim “2016-cı ilin alimi”, 4 alim “2016-cı ilin gənc alimi”) qalib elan olunub. İlin sonunda isə 2018-ci il üçün yeni müsabiqənin elan olunması nəzərdə tutulur.

Tədbirdə müsabiqənin qaliblərinə xüsusi hazırlanan adlı medal, diplom və pul mükafatları təqdim olunub.

6318 7
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna