biz_ayteni.f.d., b/m. Hüseynli Aytən Təyyar

31.07.1976-cı ildə Cəbrayıl şəhərində anadan olmuşdur.

1993-cu ildə Cəbrayıl şəhəri 1 saylı orta məktəbi bitirmişdir.

1997-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi ixtisasının bakalavr pilləsini bitirmişdir.

2001-ci ildə Türkiyədə Gebze Yüksək Texnoloji Enistitüsünün magistr pilləsini Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə bitirmişdir.

2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin İdarəetmənin təşkili kafedrasının müəllimi vəzifəsinə qəbul edilmişdir.

12 may 2010-cu ildə “Azərbaycanda uşaq əməyindən istifadənin sosial iqtisadi problemləri və aradan qaldırılması yolları” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

 

*

2006-cı ildən “Biznes inzibatçılığı” kafedrasının müəllimi, baş müəllimi vəzifələrində çalışıb.

Hazırda UNEC-in “İqtisadlyyat və idarəetmə” kafedrasının dosentidir.

Bir çox Beynəlxalq Elmi-Praktik konfrans və seminarlarda iştirak etmişdir.

Milli iqtisadiyyatın aktual problemlərinə aid 10-a qədər elmi əsərin, o cümlədən  dərslik və dərs vəsaitinin müəllifidir.

Ailəlidir, iki övladı var.
*

Keyfiyyət azərbaycan təhsilinin prioritetidir (“Azərbaycan müəllimi” qəzeti, 05.01.2017)
muel11ок