525-ci Qəzet – “UNEC-in yeni kampusu dünya universitetləri ilə rəqabətə girmək qabiliyyətindədir”

12 SENTYABR 2020 | VIEWS:
235

“525-ci qəzet”

“Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Universitetin ictimai nəzarət Şurası üzvləri olaraq bizləri UNEC-in Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunmuş binası ilə tanış etdi. Doğrusu yeni korpus hər birimizdə yüksək təəssürat yaratdı”.

Bunu 525-ə açıqlamasında tanınmış hüquqşünas və ictimai xadim, Vətəndaşların Əmək və Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, o hələ ötən əsrin 90-cı illərində ABŞ Kaliforniya Universitetinin Oklend və Berkli şəhərlərindəki kampuslarında olarkən düşünürdü ki, görəsən nə vaxtsa mənim ölkəmdə də belə müasir universitetlər olacaqmı?:

“Açığı o zaman bunu ancaq xəyallarımızda canlandıra bilərdik. Amma indi biz ADA Universitetinin, UNEC-in müasir kampuslarını görəndə xəyallarımızın reallığa çevrilməsinin şahidi oluruq. Bu kampuslar dünyanın ən müasir universitetlərinin tədris binaları ilə rəqabətə girmək qabiliyyətindədir.

İndi qalır təhsilin keyfiyyətinin həmin universitetlərin təhsil səviyyəsinə qaldırılması. UNEC rektoru, professor Ədalət Muradovun dediyi kimi həm hökumətin, həm universitetin, həm də cəmiyyətin birgə səyləri olmalıdır.

UNEC-in bu yeni korpusu ilə tanış olandan sonra hamımızda belə qənaət formalaşdı ki, belə bir tədris binasında əla oxumaqdan başqa variant qalmır. Tələbələri, UNEC müəllim və professor heyətini və şəxsən hörmətli Ədalət müəllimi və xalqımızı təbrik edirəm”.

S.QARAYEVA

http://news.unec.edu.az/xeber/104-unec-kiv-de/6762-bold-525-ci-gezet-unec-in-yeni-kampusu-dunya-universitetleri-ile-regabete-girmek-gabiliyyetindedir-bold

236 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser