Karyera Mərkəzi təqdim edir: “Vidalaşma”

28 İYUN 2016 | VIEWS:
2423

UNEC-in Karyera Mərkəzi Sizə karyera qurmaqda və şəxsi inkişafınızda kömək göstərəcək silsilə yazıların yayımına başlayır. Məqsədimiz sizin imkanlarınızı daha yaxşı harada reallaşdırmağınızı müəyyən etməkdə yol göstərmək və arzuladığınız karyeranı qurmaq üçün əsas məsləhətlərin verilməsi olacaq. Yazıların hazırlanmasında bu sahədə gözəl tədqiqat işi olan Ceff Qraut və Sara Perrinin “İdeal karyeranı necə qurmalı” kitabına istinad edilib.

 

Tərcümə: Fuad Əliyev, Aygün Abdulova 

Giriş

Fəsil 1. Şəxsi imkanlarınızın dəyərləndirilməsi

Fəsil 2. İşə götürənin anlayış göstərməsi

Fəsil 3. Effektiv iş axtarışının planlaşdırılması

Fəsil 4. Müsbət yanaşma

Fəsil 5. Effektiv hazırlıq

Fəsil 6. Sizin marketinq materiallarınızın hazırlanması

Fəsil 7. Top menecerlərin məsləhətləri

Fəsil 8. Elan edilmiş vakansiyalar

Fəsil 9. Ardı var

Fəsil 10. İşədüzəltmə agentliklərindən maksimum faydanın əldə edilməsi

Fəsil 11. Özünüzə imkanların yaradılması

Fəsil 12. Təşəbbüs müraciəti

Fəsil 13. Müsahibə keçmək təcrübəsi 

Fəsil 14. Müsahibə zamanı tez-tez verilən suallar 

Fəsil 15. Testdən keçmə 

Fəsil 16. Müqavilənin ən yaxşı şərtləri barədə danışıqlar

 

Fəsil 17.  Vidalaşma

 

Beləliklə, yazılı surətdə işə qəbul məktubunu aldınız və qərar verdiniz ki, təklif edilən işi qəbul edəcəksiniz. Bu çox həyəcanlı andır. Lakin, yeni işə başlamaq üçün köhnə işdən çıxmaq ərizəsini verib bütün işlərinizi qaydaya salmaq lazımdır.

Vəzifədən peşəkarcasına ayrılmaq qabiliyyəti

Ola bilər ki, köhnə işinizdə həddən artıq işləmisiniz, az əmək haqqı ödənilib və yaxud da köhnə işinizdə boş-boş oturmaqla məşğul olurdunuz. Bütün bu cəhənnəm əzablarını arxada qoymanız sizi xoşbəxt edə bilər, hətta müdirinizdən qisas almaq fikri də yarana bilər. Daimi şəkildə ofisin dəhlizi ilə müdirin otağına daxil olub “Mən gedirəm!” ifadəsi ilə nəticələnən dramatik səhnəni təsəvvürünüzə gətirirsiniz. Siz bu zaman belə bir səhnə ilə qarşılaşa bilərsiniz: müdirinizin ağzı açılır, onun üzü qorxu və təəssüf ifadəsi ilə dolur….. Stop!

Belə bir səhnənin olması heç də karyeranın düzgün idarə edilməsi deyil, bu sadəcə aşağı sürətli filmin fraqmentidir.

İşdən bacardığınız qədər peşəkarcasına getməlisiniz. İlk növbədə bu sizin işgüzar fəaliyyətiniz üçün çox önəmlidir. İkincisi, sizin işdən çıxma tarixinizin müəyyən edilməsində və təsdiqində rolu ola bilən, gələcəkdə sizə problem yarada bilən insanlarla niyə özünüzə artıq problem yaradasınız.

Lazımlı əlaqələrlə münasibətin saxlanılma vacibliyi. 

Sizin keçmiş müdiriniz siz getdiyiniz halda belə sizin karyeranıza təsir edə bilər; siz yəqin istəməzsiniz ki, sizin haqqınızda keçmiş əməkdaşlarınız və rəhbər -əməkdaşlar yanında adınız pis hallandırılsın.

İşdən azad olan işçi haqqında ofis daxilində çoxlu dedi-qodular yayıla bilər, xüsusən də əgər bu işçi ani olaraq azad olunursa. Söz- söhbətlər yayıla bilər və bu dedi-qodular sizi tanımayan insanlara da çata bilər ki, bu da sizin haqqınızda mənfi fikir yaradar. Ola bilsin bütün deyilənlər əsaslanmamış olsun və ya mənası olmasın; zərbə faktlardan asılı olmayaraq vurula bilər.

Nəzərə alsaq ki, insanlar işəgötürənlər arasında fikirləşdiyinizdən daha tez-tez hərəkət edirlər, çox güman ki, sizin qarşınıza bu insanlardan və ya müdiriniz belə çıxa bilər. Müdirin pis vaxtında işdən azad olmanız sizin reputasiyanıza heç bir müsbət xal gətirməyəcək. Kimsə nə vaxtsa sizin haqqınızda pis bir şey eşitdiyinə görə arzuladığınız işdən olmayın.

Reputasiyanıza dəyən ziyanı minimumlaşdırmaqla bərabər işdən çıxan zaman işəgötürənə hörmətlə müsbət xasiyyətnamə almanız sizə çox kömək ola bilər. Əgər insanlar məsuliyyətlilik, iltifatlılıq və peşəkarlıq keyfiyyətlərini çox qiymətləndirirlərsə onda sizin ləyaqətli işdən gedişiniz onların xoşuna gələ bilər.

Əlaqələrin vacibliyini unutmayın. Sizin keçmiş müdirdən zəhləniz gedə bilər. Şəxsi münasibətlərinizi unudub, vaxtilə işlədiyiniz yerin sahələri və tarixi ilə bağlı bir insan olduğunuzu fikrinizdən çıxartmayın. Bir gün sizin gələcəyə qapınızı açmaq üçün həmin bu şəxsin sizə xasiyyətnamə və ya məsləhət məktubunu verməsi lazım ola bilər. Sosial davranış qaydalarını unutmayın ki, cəmiyyət də sizə cavab versin . Hamıya ədalətli davranın, çox güman ki, insanlar da sizə belə davranacaqlar.

Tövsiyələr 

Yaxşı təəssüratın yaradılmasının daha bir vacib səbəbi, gələcəkdə karyera xəttində inkişaf etdiyiniz zaman daimi şəkildə xasiyyətnaməyə ehtiyacınız olacaq. Iş sahəsində çətin saydığınız müdiriniz xasiyyətnamə verməklə güclü təsiri olan bir adam ola bilər.

Xasiyyətnamə verən insanlardan maksimum dərəcədə istədiyinizi almaqdan ötrü aşağıdakıları etmək lazımdır:

  • sizin qabiliyyətinizin hesabatını verən insanları müəyyən edin;
  • onlardan əvvəlcədən bu barədə xahiş edin;
  • onlara hansı tip iş axtardığınızı və iş təklifini niyə aldığınız barədə onları məlumatlandırın;
  • iş axtarışınızın əvvəlində onlardan istifadəniz barədə düşünün;

Əksər işəgötürənlər iki xasiyyətnamə tələb edirlər. Tələb olunan xasiyyətnamə sayından çox sayda gətirməyin. Baxmayaraq ki, işəgötürən bu xasiyyətnamələrlə çox da özlərini yormurlar, buna görə də çalışmalısınız ki, onlar çox yaxşı olsun. Yaxşı xasiyyətnamə almağınızın zəmanəti sizin yaxşı işləməyiniz ola bilər. Xalturaçıların bu sahədə həmişə problemləri yaranır.

  Sizə xasiyyətnamə verən şəxsləri diqqətlə seçin 

Kimin bu işi görəcəyini fikirləşəndə məntiqli olun. Sizin rəyçiniz heç vaxt qohumunuz, dostlarınız və ya əməkdaşınız olmamalıdır. Buna baxmayaraq bilavasitə rəhbərinizin adını çəkməyinizə ehtiyac yoxdur. Siz yalnız sizdən yüksək vəzifədə işləyən rəhbərin adını çəkə bilərsiniz. Məlumdur ki, sizin qabiliyyətlərinizi müsbət qiymətləndirə bilən bir insanı seçməlisiniz ki, sizin işiniz haqqında müsbət rəy verə bilsin.

Gələcək işəgötürən fikirləşə bilər ki, qeyd etdiyiniz rəhbər hal-hazırda layihə ilə əlaqəli kontakta girəcəyinizdən onun yazdığı xasiyyətnaməni gətirmisiniz, bununla belə niyə bilavasitə rəhbərinizin rəyini gətirmədiyinizi də izah etməlisiniz. Bütün hallarda xasiyyətnamənin biri sizin təşkilatda işlənməlidir.

Rəyçilərin qısa məlumatlandırılması

Təbii ki, rəyçiləri sizin haqqınızda fikir söyləmələrinə və onlarla əlaqə yaradacağına razı olub-olmamalarını soruşmalısınız. Bundan başqa iddia etdiyiniz vəzifə ilə bağlı onları məlumatlandırmanız məsləhətdir, Hətta işəgötürənin sizlə niyə maraqlandığını da qeyd etməlisiniz. “Mən onlara bizim gözləntilərimizi üstələyən reklam kompaniyası barədə danışdım. Onlarda mənim layihələri idarə etmək bacarığımı müəyyən etmək istəyirlər, bu üzdən sizin kadr qıtlığına baxmayaraq müəyyən olunmuş vaxtdan tez işimi bitirməyimi qeyd etməyiniz yerinə düşərdi.”

Məsləhət

Əgər siz öz şansınıza bu xasiyyətnamənin böyük rol oynayacağını düşünürsünüzsə onda xasiyyətnaməni verən şəxslə rekrutinq üzrə məsləhətçinizlə danışmasını xahiş edə bilərsiniz. Bu, konsultantın sizə inamını artıra bilər. Sonra rekrutinq üzrə konsultant və ya məsləhət firmalarından istifadə etmədiyiniz halda da  siz özünüz müsahibəni aparanlarla rəyçilər arasında əlaqə yaratmağa çalışın. Güclü dəstək- istədiyiniz iş təklifinə təkan verə bilər.

Rəyçinin təsirinin gücləndirilməsi

Əgər rəyçinin sizdən müsbət fikirdə olmasına əminsinizsə bu insandan iş axtarma prosesinin əvvəlində istifadə etməniz məntiqli olardı. Məsələn, fərz edək ki, sizin əsas qiymətli keyfiyyətiniz iş sahəsində texniki qabiliyyətinizdı, halbuki bunu müsahibə zamanı göstərə bilməmisiniz.

Bir namizəddə belə bir hal baş vermişdi ki, müsahibə zamanı çox diqqətsiz olub, suallara cavab verərkən öz fikirlərini dəqiq ifadə edə bilmirdi. Buna baxmayaraq onun keçmiş müdiri “rastına çıxan ən yaxşı mühasib kimi” tanıdığını bildirmişdi.  Belə razılıq çox inandırıcı olur.

 

İşdən çıxmaq haqqında məktub

Peşəkarcasına işdən azad olmaq üçün yazılı azad olma məktubunun olması vacib amildir. Müdirinizə bu, sizin getmə fikrinizin ciddi olmasını sübut edəcək. Əgər müdiriniz sizi qərarınızdan daşındıra bilərsə, onda məktubu istənilən zaman cıra bilərsiniz. Getmə haqqında əlavə məktub uzun olmayıb, aşağıdakı məsələləri əhatə etməlidir:

  • Getmə faktının olması

İşə götürülən zaman əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işdən azad olmanızı rəsmi surətdə bildirin. Əgər müqavilədə işdən azad olma haqqında məlumatlanmanın uzun müddətli olması göstərilibsə, bu müddətin azaldılmasına çalışın. Bununla belə işdən gedəcəyiniz son günə qədər şöbənin fəaliyyət göstərməsi üçün əlinizdən gələni edəcəyinizi qeyd etməlisiniz.

  • Getmə səbəbiniz

Sizin getmə səbəbinizi ətraflı izah etməyə və ya dəqiq səbəbi göstərmək məcburiyyətində deyilsiniz. Məsələn: çalışın azad olduğunuz şirkəti ləkələyən heç bir səbəb gətirməyin; ola bilər ki, qrup rəhbərinizə daha dözə bilməyəsiniz, bunu məktubda göstərmənizə gərək yoxdur. Bunun əvəzinə sizin hal-hazırda axtardığınız karyeranızın inkişafına kömək edən və yeni perspektivləri verən iş təklifini qəbul etdiyinizi deyə bilərsiniz.

  • Köhnə işdə əldə etdiyiniz təcrübənin qeyd olunması

Getmə məktubunuzda müsbət təəssürat da ola bilər. Siz həmçinin rəhbərinizə bütün fəaliyyətiniz müddətində əməkdaşlıq etdiyinə görə minnətdarlığınızı bildirə bilərsiniz.

Məktubu yazıb açıqçaya qoyun, lakin gələn sənədlər siyirməsində saxlamayın. Məktubu şəxsən təqdim etmək üçün görüş təyin edib, hər hansı bir problemsiz məktubu təqdim etməyinizə və sonradan da şəxsi söhbətin eləməyinə şərait yarada bilərsiniz.

Sizin rəhbərinizə ən çox gedəcəyiniz iş barəsində və hazırkı işi tərk etmə səbəblərini eşitmək maraqlı olardı. Məktubun düzgün hazırlanması qaçılmaz suallara cavab verməyə imkan verə bilər.

İmkan daxilində yeni işəgötürənə və işə qarşı maksimum dərəcədə açıq olun, qısa, lakonik cavab verməyə davam edin. Əksər hallarda rəhbər sizin yaxşılığınızı istəyir. Əsas məsələ sizin gedişinizin yarada biləcək şəxsi və korporativ narahatçılığın minimum dərəcədə olacağını məlumat verməkdir.

Əgər sizin müdir sizdən həqiqətən xoşlanırsa və bütün hallarda sizi azad etməlidirsə onda onun sizə getməmək təklifinin verməsinə hazır olun. Sizin yerinizə yeni işçi götürmək, yaxşı tanıdığı köhnə işçini saxlamaqdan daha riskli və bahalı prosesdir.

Buna baxmayaraq, “Müqavilənin yaxşı şərtləri barədə danışıqlar” olan, 16-cı bölmədə verilən, qarşıdan gələn iş təklifinin qiymətləndirilməsi məsləhətini unutmayın. Daha çox pul təklif edib hazırkı işinizdə qalmanızı ikna edə bilərlər. Elə bir hal da ola bilər ki, verilən təklif tələbatlarınızda dəyişiklik etməyə də bilər.

Keçid prosesi 

İstər təşkilat daxilində vəzifə keçidi etmişolun, istərsə də təşkilatdan tam çıxmış olun, çalışın bu keçidi çox yumşaq edəsiniz. Məsələyə belə yanaşma sizə təşkilatın səmərəli köməyinin olması ilə xoş təəssüratlarınızı, qoyub getmənizə şərait yaradır.

 

“BLC” kommersiya direktoru cənab Pol Bata

Hörmətli Pol

Yazıb sizə marketinq üzrə menecment vəzifəsindən azad olma qərarını bildirirəm. “Blc” şirkətində keçirdiyim 4 ildən demək olar ki, məmnunam, lakin hal-hazırda kommersiya direktoru vəzifəsinə özümü keçməyi hazır hesab edirəm. “Globe Metro”da işləmək mənə beynəlxalq təcrübə əldə etmək imkanı verə bilər.

Müqaviləmdə qeyd edildiyi kimi işdən azad olmaq məlumatını 3 ay qabaq verməliyəm. Lakin, sizdən xahiş edirəm, əgər mümkündürsə yeni işimə, Amerika Birləşmiş Ştatlarında konfranslarda iştirak etmək üçün 14 iyun tarixində çıxmagıma icazə verəsiniz.

Əvəzçimə yerinə yetiriləcək birinci növbəti layihələrin və tövsiyələrin siyahısını tərtib etmişəm. Hesab edirəm ki, bütün yazdıqlarımı  7 həftə ərzində uğurla yerinə yetirmək olar. Buna baxmayaraq əgər ehtiyac varsa işdən sonra birinci növbəli məsələlərə baxmaqdan ötrü “BLC”-yə gələ bilərəm, əlbəttə ki, bütün meydana gələn suallara cavab almaq üçün məni hər zaman yığa bilərsiniz.

Mənə göstərdiyiniz dəyərsiz köməyə, rəhbərliyimizə və dəstəyə görə səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Mənə hər zaman təhsil almaq imkanı verdiyinizi, mənə qarşı həmişə loyal davrandığınızı yüksək qiymətləndirirəm.

Hesab edirəm ki, “BLC”-nin inkişafına xüsusən də brendinq və elektron marketinqə ləyaqətli yatırımlar etmişəm.

Sonda mənim əvəzimə işçi götürməkdə köməyimə ehtiyacınız varsa, sizə böyük məmnuniyyətlə kömək edə bilərəm. Mənim geniş iş öhdəliklərimə daxil olan işin mükəmməl təsvirini vermişəm.

Xoş arzularla                   Səmimiyyətlə

(Hörmətlə) sizin

Terrens Xoyt

 

Mülayim keçidin edilməsi üçün aşağıdakıları etmək məsləhətdir:

 

  • İşdən getmə ərizəsini verməkdən əvvəl bütün məsələləri necə həll etməyi düşünmək;
  • İşdən çıxmayana qədər bacardığınız dərəcədə standart iş rejimində işləməyə davam etmək;
  • Ehtiyac varsa əvəzçini tapmağa nail olmaq
  • İşdən çıxandan sonra meydana gələn sualları cavablandırmaq üçün sizinlə əlaqə yaratmaq imkanını təklif edə bilərsiniz;

 

Əgər siz müqavilədə göstərdiyindən tez bir müddətdə işdən çıxmaq istəyirsinizsə onda aşağıdakıları müəyyən etməyə çalışmalısınız:

  • Erkən işdən çıxma zamanı yarana biləcək maneələrin mövcudluğunu və verəcəyiniz qərarları
  • Bitirilməyə ehtiyacı olan əsas layihələri
  • Sizin bəzi vəzifə öhdəliklərini yerinə yetirmək imkanı olan əməkdaşlarınızı

Işdən çıxmanın nə dərəcədə mürəkkəb keçidin olması işin xarakterindən, çıxandan sonra əvəzçinin tapılmasından və təşkilatınızın belə situasiyaların necə həll etməsindən asılıdır.

Erkən planlaşdırma

Işdən çıxma ilə bağlı görüşdən qabaq bütün məsələləri fikirləşməyiniz məntiqli olardı. Işdən çıxma məktubu ilə bərabər tamamlanmamış cari işinizdən çıxmaya şərait yaradan başqa plan hazırlaya bilərsiniz.

Təbii ki, bəzi rəhbərlər belə olan halda işdən tez çıxmanızı istəyərlər, xüsusən də əgər siz rəqib şirkətə keçirsinizsə, lakin elə  də ola bilər ki, rəhbəriniz işdən çıxma prosesinə hazırlaşmağı istəyə bilər. Vəzifədən çıxma ərizəsini yazandan sonra sizin əgər dərhal oranı tərk etmə ehtimalınız varsa, öz iş yerinizi sahmana saldığınıza,  şəxsi əşyalarınızı paketlədiyinizə və ya apardığınıza məktubu verməmişdən qabaq bütün təxirə salınmayan məsələləri həll etdiyinizə əmin olun.

İşinizi adət etdiyiniz kimi görün

Məktubu oxuduqdan sonra siz işdən azad olunana qədər əvvəllər işlədiyiniz adi rejimdə işləməyə davam etməlisiniz.

Işdən çıxma gününün yaxınlaşması ilə bir az işə diqqətinizi yönəltməklə çətinlik çəkə bilərsiniz, əgər işinizə səhlənkarlıqla yanaşsanız əməkdaşlarınızın hörmətini qazanmaqda çətinlik yarada bilər. Bütün bitməyən işləri tamamlayıb, bütün sənədlərin yerində olmasına və əvəzçinin onlardan baş çıxarmasına çalışın.

Varislik məsələlərində köməklik

Siz hətta uyğun əvəzçinin tapılmasında iştirak edə bilərsiniz. Çox güman ki, vəzifəni tutduğunuz zaman kvalifikasiya tələblərinin yenilənməsinə ehtiyac olmamasını hesab edə bilərsiniz. Vacib deyil ki, kömək təklifiniz qəbul edilsin, lakin qəbul edilərsə imkan daxilində sözünüzü tutmağa çalışın. 

İşdən çıxdığınız zaman əlaqələri kəsməyin 

İşdən müqavilədə göstərildiyi vaxtdan tez və ya vaxtında çıxmanızdan asılı olmayaraq sonradan sizə müraciət oluna bilmə təklifinin verilməsi sizin haqqınızda müsbət fikir yarada bilər. Əgər işdən getməyiniz sizə çətinlik törədərsə, bir neçə dəfə axşamlar köhnə işə baş çəkmək fikriniz olmasını onlara bildirə bilərsiniz, lakin sözünüzü tutmaq məcburiyyətində deyilsiniz. Aydındır ki, bunu etmək istəmirsinizsə, bu sizin işdən tez azad olunmağınıza şərait yaradarsa, kompromisə getməyə dəyər. Əgər işdən getdiyiniz zaman həll olunmalı məsələlərin həddindən artıq çox olduğunu görərsinizsə, müdirinizə bütün məsələlərin öhdəsindən gələ bilməyəcəyinizi xəbər verməlisiniz. Sizin köhnə müdiriniz işdən azad olandan sonra məsləhət xarakterli köməklik göstərməyinizi təklif edə bilər. Təklifi qəbul etmənizdən əvvəl bu təklifin altında dəqiq nə olduğunu və yeni müdiriyyətin belə məsləhətlərin verilməsinə əvvəlcədən razılığın olmasına əmin olun, belə ricadan imtina da edilə bilər.

Tez ayrılmaq cəhdləri

Əksər işçilər tutduğu vəzifədən asılı olaraq vəzifə böyüdükcə işdən azad olma xəbərdarlığını üç, altı və hətta bir il müddətində artırılaraq verməlidirlər. Yuxarıda qeyd edildiyi kimi, daha tez getmək razılığına da gəlmək mümkündür.Buna baxmayaraq müdirinizi razı salmaq üçün ona təzyiqlər etməyə gərək yoxdur. Əgər siz tez getmək razılığını əldə etmək istəyirsinizsə onda öz üstünlüklərinizdən istifadə eləməlisiniz.

Məsləhət

Iştirakınızın vacib olduğu bütün əsas layihələri müəyyən edə bilərsiniz. onları tez bitirə bilərsinizmi? əməkdaşınıza bu barədə konkret öhdəlikləri götürməsini təmin edə bilərsinizmi? Əgər siz müqaviləyə görə işdən çıxma xəbərdarlığını 3 ay qabaq verməniz göstərilibsə, lakin siz 6 həftəyə getmək fikriniz varsa, onda daha qısa müddətdə vacib layihələri bitirməyi göstərən plan tərtib etməlisiniz.

Işəgötürənin əsas vəzifəsi sizin yoxluğunuz zaman əvəzçinin tapılmasına qədər layihələrin yerinə yetirilməsinin uzaldılmasının və ya müştərilərin qaçılmaz narazılığının olmamasından ötrü əməkdaşların yüklənməməsini təmin etməkdir. Əgər rəhbərliyiniz müqavilədə müəyyən olunmuş vaxta qədər getməyinizə əngəl törətsə, buna baxmayaraq istənilən halda onsuz da gedəcəksiniz. Həqiqətdə heç kim sizə bu addımı atmağa maneçilik törədə bilməz. Bununla  belə, atdığınız bütün addımlarınızı diqqətlə fikirləşin. Bunu eləməklə işdən getmənizə yaxşı qarşılama qazana bilərsiniz.

Rəhbərinizin sizə elədiyi təzyiqdən təsirlənib tələsik qərarlardan qaçın, bütün “müsbət” və “mənfi” tərəfləri araşdırın. Tez müqaviləni pozan işçi təəssüratı yaratmayın. Hazırkı rəhbəriniz sizin həyatınızı çətinləşdirə bilər, lakin sizin gedişiniz əlbəttə ki, qanuni olub, bu məsələyə diqqətli baxıb hüquqi məsləhət almanızı tələb edir.

Əsas təhlükə lazımlı rəyin verilməsinin ehtimalının azalması ilə bərabər, vaxtdan qabaq getməniz zamanı yarana bilən itki və gözləntiləri örtməyiniz ola bilər. Fərz edək ki, siz vaxtından əvvəl çıxıb gedirsiniz və rəhbərlik cavab addımını axtarıb tapır. Əgər siz rəhbərinizi çox əsəbləşdirmisinizsə onda 15.000 funt məbləğində iddia ilə qarşılaşa bilərsiniz. Əgər belə halın olma ehtimalı varsa əmin olun ki, yeni rəhbərliyiniz itkiləri örtüb, aldığınız hüquqi məsləhətləri ödəyəcəkdir; sizin işinizi aparmağa tapşırılan hüquqşünasla yeni rəhbərliyin təkliflərini yazılı surətdə razılaşın. (lakin yeni müdiriyyətin hüquqşünasına tam da arxalanmayın)

Tez işdən çıxmanın daha bir təhlükəsi- işdənçıxma xəbərdarlıq müddətinin bitməyənə qədər yeni işə başlamanızı, köhnə iş yeriniz qadağa qoya bilər. Belə halda gözləməkdən başqa elə də çox hərəkət edə bilməyəcəksiniz.

İşəgötürənin tələbinə uyğun olaraq tez işdən çıxma

Əgər sizdən tez və ya həmən çıxmanız tələb olunubsa həm öz müqaviləniz baxımından, həm də cari iş məsələləri baxımından sizdən konkret nə istənildiyini yazılı surətdə təqdim olunmasını tələb edin.

Bununla bərabər işlədiyiniz müddətdə ödəniləcək ödənişi əvvəlcədən danışmalısınız. Unutmayın ki, əgər müdir sizdən vaxtından tez çıxmanızı istəyirsə də qalan günlərə görə alacağınız ödənişləri almanıza tam haqqınız var.

Əgər sizdən tam işləməniz əvəzinə kompensasiyanın ödənilməsi ilə tez getmənizə razıdırlarsa çalışıb öyrənin ki, keçmiş bilavasitə meneceriniz xasiyyətnaməni verəndə orada nə yazacaq . Getməmişdən qabaq xasiyyətnaməni almağa çalışın, ya da məzmunu ilə qısaca tanış olun.

İşdən azad olunan zaman müsahibə

Bəzi təşkilatlar işdən getmək istəyənlərlə danışıqları HR departamentinin məşğul olmasını istəyirlər. Məqsəd- ilkin mənbədən şöbənin iş şəraiti haqqında, işçinin yenidən qaytarılması şansının olmasıdır.

Belə növ müsahibəyə dözmək sizin işdən çıxma səbəbinin və təşkilatda iş təcrübənizin olmasına görə çox çətindir. Heç kim haqqında şikayətlənmək lazım deyil, əgər iş şəraitinə mənfi təsir edən şəxs varsa onun barəsində informasiya çatdırmaq lazımdır. Əgər işçilərin bu səbəbdən azad olunacağınızı bilsəniz belə. Yaranacaq nəticədən qorxub öz şikayətlərini deyə bilməyən işçilərə kömək məqsədilə HR departamentinə bu problem barədə danışa bilərsiniz.

Belə bir qərar sizdən asılıdır. Lakin, sizin maraqlarınızda olardı ki, danışdıqlarınız barədə ehtiyatlı olasınız. Əgər sizin dediklərinizə uyğun HR departamenti hərəkət etsə, əməkdaşlar arasında bu söz- söhbətin stimulyatoru kimi sizi biləcəklər. Bu sizin xasiyyətnamənizə təsir edə bilərmi?

Çalışın verdiyiniz bütün şərhləri diplomatik və kifayət qədər ümumi terminlərlə ifadə edin. Son nəticədə işçilərin problemlərinin müəyyən edilməsi sizin yox, HR departamentinin  vəzifəsidir.

Və nəhayət işdən ayrılmaq

Işdən çıxan zamanı nəyin sizin, nəyin rəhbərinizin mülkiyyətində olduğunu çaşdırmayın. Layihələrin qeydləri, alqı-satqı sənədləriniz bütün bunlar təşkilata məxsusdur; siz özünüzdən sonra çap olunmuş, işlədiyiniz müddətdə topladığınız intellektual kapitalı özünüzdən sonra qoyub getməlisiniz. Bunları özünüzlə aparmağa çalışmayın.

Bu gedişi imkan daxilində qeyd edin. Əksər insanlar şöbələrinin əməkdaşları ilə yerli barlarda içki içməyi xoşlayırlar. Belə bir görüş sizə birlikdə keçirdiyiniz günləri yada salıb, bir-birinizə minnətdarlıq bildirməyə şərait yaradacaq. Bu da sizə şirkəti açıq ürəklə tərk etməyinizə zəmanət verir.

Şirkəti fiziki şəkildə tərk edəndən sonra artıq şöbənizə və müdirinizə bir cüt məktub yazmaq barədə düşünmək olar. Məktublar yaltaqlı və ya qeyri-səmimi olmamalıdı. Siz sadəcə keçmiş əməkdaşlarınıza köməyə görə minnətdarlığınızı bildirib, sizin bu şirkətə əməyinizin olmasını qeyd edib, onlara uğurlar diləyə bilərsiniz.

Sizin işinizlə bağlı hər hansı bir sualları olduqları halda sizi yığmalarını dəfələrlə təkrarlayın. Belə yanaşma qeyri-adi olmasına baxmayaraq, sizin imkanınız daxilində bacardığınızı etmək təəssüratı yaradacaq.

Nəticələr: 

  • Peşəkar gedişiniz sizin şəxsi və peşəkar reputasiyanızı qaldıracaq;
  • Unutmayın ki, tərk edib qoyduğunuz işçilər gələcəkdə karyeranızın inkişafı üçün yaxşı əlaqələr ola bilər;
  • Rəyçiləri diqqətlə seçin;
  • Rəyçinizin yeni işinizə niyə uyğun olduğunuzu qısa məlumatlandırın;
  • Köhnə vəzifədə əldə elədiyiniz təcrübəni qeyd etməklə işdən getmə haqqında məktub hazırlayın;
  • Məktubu şəxsən təqdim edib, işdən getmə səbəbləri barədə ətraflı danışmağa hazırlıqlı olun;
  • Sizi əvəz edə bilən əvəzçinin rahat sizi əvəz etməyini təşkil edin;
  • Işdən getməyənə qədər normal iş rejimində işləyin;
  • Əgər işdən daha tez çıxmaq istəyirsinizsə, çalışın sizə mane olan maneələrdən çıxış yolu tapa biləsiniz. Məs: vacib layihələrin yerinə yetirilməsini təmin edəcək iş planı tərtib edin;
  • Hüquqi məsləhət almağın və rəhbərinizin razılığı olmadan işdən tez getmək istədiyiniz zaman itkilərin örtüləcəyinə əmin olun;
  • Işdən çıxma xəbərini bildirəndən sonra, binanı tərk etmə ehtimalını bilib iş yerinizi sahmanlayıb əşyalarınızı toplayın;
  • Əgər sizdən iş müddətinin bitməsinə qədər işləməyinizi tələb etsələr, bu müddətdə ödənişlərin veriləcəyini dəqiqləşdirin;
  • Işdən azad edilmə müsahibəsində danışacaqlarınızda diqqətli olun;
  • Işdən çıxanda şirkətə məxsus olan mülkiyyəti aparmayın;
  • Işdən çıxandan sonra keçmiş müdirinizə və əməkdaşlarınıza göstərdikləri köməyə görə minnətdarlığınızı bildirən məktub yazın.

 

2424 1