3 iyul 1954-cü ildə Azərbaycan Respublikasının Bərdə rayonunun Xəsili kəndində anadan olmuşdur.

1976-cı ildə M.A. Əzizbəyov adına Azərbaycan Dövlə Neft və Kimya İnstitutunun tətbiqi riyaziyyat faküləsini bitirmişdir.

1985-ci ildə fizika-riyaziyyat elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir.

1995-1999-cu illərdə SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində doktorant kimi çalışmışdır.

1996-1998-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin “Diskret riyaziyyat” kafedrasının professoru olmuşdur.

1999-cu ildə fizika-riyaziyyat elmləri doktorluq dissertasiyasını müdafiə etmişdir.

2006-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Uniersitetinin “İqtisadi informasiya sistemləri və texnologiyaları” kafedrasının müdiri vəzifəsində çalışıb.
2010-cu ildən indiyədək Azərbaycan Dövlət İqtisad Uniersitetinin “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının professoru vəzifəsində çalışır.

2007-ci ildən AMEA-nın Kibernetika İnstitutunun Elmi Şurasının üzvüdür.

47 elmi-metodiki əsərin müəllifidir.10 dissetantın elmi rəhbərdir və 3 elmlər namizədi yetişdirib.

Evlidir, üç övladı və üç nəvəsi var.