Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olan abituriyentlərin nəzərinə!

13 AVQUST 2015 | VIEWS:
2546

Azərbaycan Dövlət İqtisad Univerisitetinə qəbul olan bütün abituriyentləri səmimi qəlbdən təbrik edir, təhsillərində müvəffəqiyyətlər arzu edirik!

Dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan abituriyentlər qeydiyyat üçün aşağıdakı sənədləri təqdim etməlidilər:

  1. Attestatın əsli;
  2. Şəxsiyyət vəsiqəsinin surəti – 3 ədəd;
  3. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti- 2 ədəd;
  4. Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 5 ədəd;
  5. Əmək kitabçasının surəti (işləyənlər üçün)

Qeyd: Ödənişli əsaslarla qəbul olan abituriyentlər qeydiyyatdan keçərkən I kurs üçün nəzərdə tutulan təhsil haqqını tam ödəməlidir.

Azərbaycan Dövlət İqtisad Univerisitetinə qəbul olan abituriyentlər internet qeydiyyatından keçmək üçün iş nömrəsi, pin kod (şifrə) və qəbul olduğu ixtisasın kodunu bilməlidir.

Abituriyentlər internet qeydiyyatından keçdikdən sonra müvafiq sənədləri daxil olduqları ixtisaslara uyğun fakültə dekanlıqlarına təqdim etməlidir.

Sənədlər avqust ayının 14-dən 24-dək (şənbə və bazar günləri istisna olmaqla) hər gün saat 10:00-dan 18:00-dək qəbul olunur.

Qeydiyyat Azərbaycan Dövlət İqtisad Univerisitetinin 2 saylı tədris binasında (Həsən Əliyev, 135, Gənclik və Nəriman Nərimanov metro stansiyalarının yaxınlığında) təşkil olunur. nvanı xəritədə göstər)

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri TQDK tərəfindən ali məktəbə göndərilməyəcək.

2547 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna