Abituriyentlərin nəzərinə – keçid ballarında yanlışlıq!

28 İYUL 2017 | VIEWS:
7564

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının ikinci nömrəsində 2016-cı ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid ballarını təqdim edib. Jurnalda UNEC-lə bağlı yanlışlığa yol verilib:

Biznesin idarə edilməsi, tədris ingilis dilində, əyani, 318 (580) bal;

Biznesin idarə edilməsi, tədris türk dilində, əyani, 600 (600) bal.

Ali təhsil müəssisələrinə ixtisas seçiminin başladığı mərhələdə abituriyentlərin diqqətinə çatdırmaq istəyirik ki, ötən il biznesin idarə edilməsi ixtisasına ingilis dilində tədris üçün keçid balı 600, türk dilində tədris üçün isə 318 (580) olub.

7565 1