Abu Dabinin Paris-Sorbona Universitetinin nümayəndələri UNEC-də olub

06 OKTYABR 2015 | VIEWS:
1128

Oktyabrın 5-də Abu Dabinin Paris-Sorbona Universitetinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qonağı olub.

Görüşdə UNEC-lə Abu Dabinin Paris-Sorbona Universiteti arasında birgə layihələrin qurulması haqqında müzakirələr aparılıb. İşgüzar ingilis dili trening kursları, birgə yay və qış məktəbinin təşkili və digər məsələlər müzakirə edilib. İki universitet arasında əməkdaşlığa dəstək verilməsinə görə Paris Sorbon Universitetinin-Abu Dabi prorektoru professor Eric Fuaçe tərəfindən imzalanan diplom UNEC-ə təqdim olunub.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin 1-ci kurs tələbələrinə Abu Dabi Paris-Sorbona Universiteti və gələcək əməkdaşlıq istiqamətləri haqqında məlumat verilib.

Qeyd edək ki, Abu Dabinin Paris-Sorbona Universitetinin nümayəndə heyəti prorektor professor Eric Fuaçenin rəhbərliyi ilə 2014-ci ildə UNEC-də olmuşdur.

1129 1