ADİU əməkdaşı ABŞ-ın “Beynəlxalq Liderlik Proqramı”nda iştirak edib

19 MART 2015 | VIEWS:
2119

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Kommersiya fakültəsinin dekanı Mirağa Əhmədov Amerika Birləşmiş Ştatlarının “Beynəlxalq Liderlik Proqramı”nda iştirak edib.

ABŞ Dövlət Departamentinin maliyyələşdirib, Beynəlxalq Təhsil İnstitutunun icra etdiyi “Birləşmiş Ştatlarda ali təhsilin idarəetməsi” adlı Xarici Qonaqlar Liderliyi layihəsinin məqsədi ABŞ ali təhsil təsisatlarının inzibati strukturu ilə tanış olmaq, ali təhsilin idarəetməsindəki mövcud məsələlər, problemlər və islahatları nəzərdən keçirmək, ali təhsil idarəetməsinin strateji planlaşdırmasında yeni tendensiyaların vacib rolu barədə öyrənməkdən ibarətdir.

M.Əhmədov proqram çərçivəsində ABŞ-ın bir neçə ştatında olub, Amerika ali təhsil sisteminə giriş, ümumölkə ali təhsil təşkilatları, neft mühəndisliyi proqramları, universitetlərlə özəl bizneslər arasındakı partnyorluq, beynəlxalq idman tədbirlərinin iqtisadi təsiri, universitet səviyyəsindəki təhsilə ştat dövləti tərəfindən göstərilən dəstək, elm, texnologiya, mühəndislik və riyaziyyat tədrisi, icma kollecləri və işçi qüvvəsinin inkişafı mövzusunda müxtəlif konfranslara qatılıb.

Səfər çərçivəsində həmçinin Beynəlxalq Təhsil İnsitutu, Təhsil və mədəniyyət məsələləri bürosunda bir neçə rəsmi şəxslərlə görüşlər keçirilib. M.Əhmədovgörüşlərdə fəal iştirak etdiyi üçün “Beynəlxalq Liderlik Proqramı”nın direktoru Alma R.Candelaria tərəfindən sertifikatla təltif edilib.

2120 4