ADİU-nun Kommersiya fakültəsində dəyirmi masa keçirilib

22 APREL 2015 | VIEWS:
1811

Aprelin 22-də Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə hərs olunan “Heydər Əliyev və Azərbaycan Dövlətçiliyi mövzusunda”dəyirmi masa təşkil olunub.

Tədbirdə Ümummili Lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti dövrlərindən danışan fakültə dekanı Mirağa Əhmədovbildirib ki,  Ulu Öndərin Azərbaycan xalqı üçün ən əsas xidmətlərindən birinin sağlam və idraklı gənc nəslin yetişməsi olub.

Ümummilli Lider özhəyatını Azərbaycan dövlətinin qorunmasına, möhkəmlənməsinə və inkişafına həsr etdiyini deyən “Tarix” kafedrasının müdiri    prof. Hidayət Cəfərov əldə olunan nəaliyyətlər məhz onun adı ilə bağlı olduğu vurğulayıb.

Ulu Öndərin dövlətçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı Prezidenti İlham Əliyev onun memarı olduğu müstəqil Azərbaycanı yeni uğurlu zirvələrə aparır.

Dəyirmi masada fakültə əməkdaşları toplantı iştirakçılarına Ulu Öndər haqqında fikirlərini çatdırıblar.

1812 2