Azərbaycan bayrağı İstanbul Universitetində dalğalanıb

05 YANVAR 2016 | OXUNUB:
1099

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Təbriz Quliyevin təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Dövlət Bayrağı İstanbul Universitetinin Avcılar Tədris Korpusunda Türkiyə bayrağı ilə yanaşı dalğalandırılıb.

Təbriz Quliyev Mevlana Mübadilə Proqramı çərçivəsində İstanbul Universitetində təhsil alır.

1100 2