cafarova_afetb/m. Cəfərova Afət Məstan qızı

30 aprel 1977-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur.

1993-cü ildə orta məktəbi bitirdikdən sonra elə həmin ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun Əmtəəşünaslıq fakültəsinə daxil olmuşdur. 1997-ci ildə həmin institutun bakalavr təhsil pilləsini bitirmiş, həmin ildə institutun magistraturasına daxil olmuşdur.

1999-cu ildə BƏKİ-nun “Qeyri ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında iş fəaliyyətinə başlayıb.

2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının keyfiyyət ekspertizası” kafedrasında baş müəllim vəzifəsində işləmiş, 2009-cu ildən “Qeyri ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası” kafedrasında baş müəllim vəzifəsində işləyib. Hazırda UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının baş müəllimidir. İqtisad Universitetinin dissertantıdır.

2017-ci ilin noyabrında yaradılan UNEC Gənc Müəllimlər Şurasının üzvüdür.

10 tezis və elmi məqalənin, 2 proqramın müəllifidir.

Ailəlidir, iki övladı var.