1b/m. Məmmədova Svetlana Əli qızı

9 mart 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1983-cü ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirmişdir.

1990-cı ilədək təyinatla “Azərittifaq” sisteminin texniki şəbəsində mühəndis, böyük mühəndis və baş mühəndis vəzifələrində işləmişdir.

1990-cı ildən Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunda laborant, baş laborant və assistent vəzifəsində çalışmışdır.

 

*

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasında assistent, müəllim vəzifələrində çalışıb.

Hazırda “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının baş müəllimidir.

10-dan artıq elmi metodiki əsərlərin müəllifidir.

2016-cı ilin dekabrında UNEC-dəki səmərəli elmi-pedaqoji və əmək fəaliyyəti nəzərə alınaraq təşəkkür elan edilmişdir.

Ailəlidir, iki övladı var.