Hikmet3Daxili audit şöbəsinin müdiri Babayev Hikmət Akif oğlu

e-mail: h.babayev@unec.edu.az

17 may 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1983-cü ildə Bakı şəhəri  267 nömrəli orta məktəbin 1-ci sinfinə getmişdir. 1993-cü ildə həmin məktəbi bitirib, Azərbaycan Kooperasiya İnstitutuna daxil olmuş, 1997-ci ildə həmin institutu mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildə həmin institutun magistr pilləsinə daxil olmuş, 1999-cu ildə müvəffəqiyyətlə mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə magistr pilləsini bitirmişdir.

1994-cü ildən iş fəaliyyətinə “7 gün” k/m-də mühasib vəzifəsi ilə başlamış, 1995-1996-cı illərdə “Azman bank”da iqtisadçı, 1996-1997-ci illərdə “Nizami” k/t-də mühasib, 1998-ci ildə Audit Təşkilatında mütəxəssis işləmişdir.

2000-2014-cü illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzində mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis vəzifələrində çalışmışdır.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Daxili audit şöbəsinin müdiri vəzifəsində çalışır.
YAP UNEC ilk ərazi təşkilatı İdarə Heyətinin üzvüdür.

Ailəlidir, iki qızı var.

DSC_3213DSC_92151-DSC_1167hikmatокDSC_9361

UNEC-də YAP-ın 24 illiyinə həsr olunan tədbir keçirilib (21.11.2016)

1365 1