Beynəlxalq Miqrasiya Təşkilatının eskperti UNEC-də olub

04 SENTYABR 2015 | VIEWS:
1164

Sentyabrın 4-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Miqrasiya Təşkilatının nüfuzlu ekspertiEivind Hoffmann universitetin bir sıra əməkdaşları ilə Azərbaycanda əmək bazarı informasiya sistemi sahəsində mövcud vəziyyət, bu istiqamətdə həyata keçirilənislahatlar barədə fikir mübadiləsi aparıb. Görüşdə Azərbaycan tərəfindən iqtisadi ekspert Vüqar Bayramov və BMT əməkdaşı Pərvin Vəliyeva iştirak edib.

Müzakirələrdə əmək iqtisadiyyatı kafedrasının müdiri professor Tofiq Quliyev, Sənaye və İqtisadiyyat fakultəsinin dekanı Asiman Quliyev, Elm və İnnovasiya mərkəzinin Sosioloji tədqiqatlar və konsaltinq şöbəsinin müdiri Murad Bağırzadə və digərləri tövsiyələrlə çıxış etmişlər.

Beynəlxalq Miqrasiya Təşkilatı BMT, Avropa İttifaqının dəstəyi ilə 2014-cü ildən etibarən Azərbaycanda Əmək Bazarının Elektronlaşdırılması layihəsinin icrasına başlamışdır. Layihə çərçivəsində Azərbaycanda əmək bazarı informasiya sisteminin gücləndirilməsi prosesinə dəstək verilməsi əsas məqsədlərdən biridir.

1165 1