Biznes və menecment fakültəsində tədris proseslərinin izlənilməsinə başlanılıb

05 OKTYABR 2016 | VIEWS:
3242

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin dekanı Mirağa Əhmədov və fakültə daxilində fəaliyyət göstərən kafedraların rəhbərləri müəllimlərin dərslərində iştirak ediblər.

Struktur rəhbərləri fənlərin sillabuslarının beynəlxalq standartlara uyğunluğu, müəllimlərin mövzuya hakimliyi, dərs vaxtının optimal şəkildə idarəedilməsi, seminar dərslərində mövzu üzrə praktiki nümunələrin izahı, eyni zamanda müəllimlərin elektron universitet platformasından istifadə edə bilməsi, müasir təhsil metodologiyası və interaktiv tədris prosesini mənimsəmə meyarlarına diqqət yetirib.

Sonra müvafiq kafedralarda dərslərin müzakirəsi aparılıb. Menecment kafedrasının professoru Heydər Həsənovun “Strategiyanın hazırlanması prossesi və növləri” mövzusunda dərsinin interaktiv qaydada təşkil edildiyi bildirilib, dinlənilən dərslərin təqvim planına, sillabusa, dərs proqramına uyğunluğu qeyd olunub.

Biznesin idarə edilməsi kafedrasının müəllimi Afaq Aslanova “Kommersiya risklərinin təhlili və qiymətləndirilməsi” mövzusunda keçdiyi dərs zamanı risklərin dərəcələrinin müəyyənləşdirilməsinin təhlili və qiymətləndirilməsini əyani vəsaitdən istifadə edərək tələbələrə izah edib.

Ekonometrika kafedrasının dosenti Məmməd Məmmədovun “Leontiyev makro modellərinin həlli metodları” mövzusunda keçdiyi seminarda praktik məsələlərin həlli yollarının izahını tələbələr maraqla dinləyib.

Biznes və menecment fakültəsinin dekanı Mirağa Əhmədov UNEC-də tədrisin keyfiyyətinin daha da yüksəldilməsi baxımından belə tədbirlərin əhəmiyyətli olduğunu bildirərək, dərslərdə iştirakın davamlı olacağını, sonda kafedra müdirləri və müəllimlərlə dərslərin mütəmadi müzakirəsinin aparılacağını qeyd edib.

3243 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser