Biznesdə uğur qazanmağın yolları: Radio UNEC-də yeni layihə

18 NOYABR 2015 | OXUNUB:
753


bulogo - копияRadio UNEC növbəti – 11-ci tələbə layihəsinə start verir. “Business Upgrade” adlanan yeni veriliş karyera qurmaq niyyətində olan və yeni biznesə başlayanlar üçün xüsusi maraq kəsb edəcək. Efirə dəvət olunacaq ekspertlər UNEC tələbələrinə bu yolda resurslardan faydalanmaq yollarını izah edəcək. Biznesin dayanıqlı inkişafı üçün çox vacib məsələlərin müzakirəsi və ən əsası biznesi uğurlu edəcək alətlərdən daha yaxından tanış olmağın yeganə məkanı “Business Upgrade” ola bilər. Hər verlişdə nüfuzlu qonaqların iştirakı ilə yeni fikirlərin mübadiləsi aparılacaq.

“Business Upgrade” hər həftənin 3-cü günü saat 22.00-da efirdə olacaq. Layihənin müəllifi  və verilişinin aparıcısı Beynəlxalq İqtisadiyyat Məktəbinin 4-cü kurs tələbəsi, coxsaylı beynəlxalq tədbirlərin aktiv iştirakçısı, İnnovativ Biznes İnkubatorda startaplar üzrə menecer, təlimçi Seymur Məmmədovdur.

Business Upgrade-in bu günki qonağı  gənc biznesmen , proqram rəhbəri, “Global Shapers”-ın üzvü, “Dünya İqtisadi Forumu”-nun dünya üzrə 50 lider – gənc iştirakçısından biri olacaq.

754 1