Dekanlara sertifikatlar təqdim edilib

15 İYUL 2015 | VIEWS:
2335

İyulun 15-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən ali təhsil müəssisələrinin dekanları üçün “Tədrisin təşkili” adlı təlimlər başa çatıb.

Beş gün davam edən təlimdə UNEC-in dekanları və mərkəz rəhbərləri iştirak edib.

Təlimdə Bolonya prosesi və Avropa təhsil sisteminin formalaşması, qanunvericilik, ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkilinə dair normativ-hüquqi sənədlər haqda fikir mübadiləsi aparılıb. Eyni zamanda, fakültələrdə tədris işinin təşkili və təkmilləşdirilməsi, tədris prosesi, tədris-metodiki təminat, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi və universitetdə nizam-intizam qaydaları barədə müzakirələr keçirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

2336 1