Digital Marketinq Mərkəzinə seçimlərin ilkin mərhələsi başa çatıb

07 NOYABR 2017 | VIEWS:
1553

unec01_umumiUNEC Digital Marketinq Mərkəzinə (DMM) heyət seçimlərinin ilkin mərhələsi başa çatıb.

Seçimlərdə digital marketinq sahəsinə marağı olan, bu istiqamətdə praktiki biliklər qazanaraq iş fəaliyyətinə başlamaq istəyən UNEC-in müəllim və tələbə heyəti iştirak edib. Müraciət edən 323 nəfərdən 140-ı lkin mərhələdən keçib. Müsahibədən keçənlərin elektron ünvanlarına Google AdWords, Facebook blueprint, Twitter, Instagram, Search Engine Optimitation üzrə materiallar göndərilib. İkinci mərhələdə namizədlər üçün bu istiqamətdə təməl biliklər üzrə online imtahan təşkil olunacaq. Seçimlərin növbəti mərhələsi noyabrın 22-dən dekabrın 8-dək olacaq.

1554 1