Azərbaycan Dövlət İqtisad Universitetində müasir texnologiyanın tətbiqi genişlənir

04 SENTYABR 2015 | VIEWS:
1998

Azərbaycan Dövlət İqtisad Universitetində tədrisin keyfiyyətinin artırılması məqsədilə ən müasir texnologiyaların tətbiqi genişləndirilir. Bu texnologiyaların əsas istiqaməti tədris prosesinin daha interaktiv formada təşkil olunmasına xidmət etməkdədir. İnformasiya texnologiyaları sahəsində innovativ texnologiyalardan hesab olunan “elektron tribuna”ların Azərbaycan Dövlət İqtisad Universitetində  istifadəsinə başlanılıb. Bu texnoloji yenilik vasitəsilə internetə və proyektora birbaşa çıxış əldə etmək mümkündür.  Xüsusi konstruksiyaya malik tribunada fiziki təzyiqlərə və sanksiyalaşdırılmamış müdaxilələrə qarşı təhlükəsizlik sistemləri quraşdırılmışdır. Elektron tribuna vasitəsilə müəllimlər universitetin vahid elektron idarəetmə platforması olan EDUMAN-da  şəxsi kabinetlərinə daxil ola biləcəkdir.  Əlavə olaraq, birbaşa proyektora qoşulmaqla şəxsi kabinetdə əvvəlcədən yerləşdirilmiş multimediya dərs vəsaitlərini və prezentasiyaları nümayiş etdiməklə dərs prossesini təşkil etmək mümkün olacaq. Elektron tribuna həm də elektron dərs jurnallarında qiymətləndirməni və davamiyyəti aparmağa, o cümlədən USB Flash yaddaş qurğularına yazılmış istənilən formatlı dərs vəsaitlərini nümayiş etdiməyə şərait yaradacaq.

1999 1