efendiƏfəndiyev Osman Nəsrəddin oğlu

1941-ci il dekabrın 18-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 

Birinci Şıxlı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki Pedaqoji Universitet) qəbul olmuş, 1963-cü ildə bitirmişdir.

1963-1970-ci illərdə Respublika Dövlət Texniki Peşə Təhsili Komitəsində məsul vəzifədə işləmişdir.

1970-1973-cü illərdə təhsilini aspiranturada davam etdirmişdir. 1973-cü ildə dissertasiya işini müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.

1973-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Fəlsəfə” kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır.

 

*

1978-1980-ci illərdə Moskva Dövlət Universitetinin doktorantı olmuşdur.

1995-ci ildə dissertasiya işini müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır.

Fəlsəfənin aktual məsələlərinə həsr olunmuş 200-dən çox məqalənin, 12 kitabın müəllifidir.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Humanitar fənlər” kafedrasının məsləhətçi-professorudur.

filosof_0025