“Elm aylığı” tədqiqatçıların konkret sahələr üzrə fokuslanmasına imkan yaradır”

15 NOYABR 2017 | VIEWS:
1793

DSC_8460UNEC-də “Elm aylığı” çərçivəsində professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı, magistr və tələbələr arasında “Müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafı strateji yol xəritələrinin əsas istiqamətləri kontekstində” mövzusunda elmi məqalə müsabiqəsi keçirilib.

Müəllimlər arasında keçirilən müsabiqənin qalibi “Beynəlxalq İqtisadiyyat” (ingilis dilli) kafedrasının müəllimi Qənirə İbrahimovadır. Q.İbrahimova müsabiqəyə təqdim etdiyi məqalə “Azerbaijans international investment activity in terms of globalization and Stratedic roadmaps for the national economy of Azerbaijan” mövzusunda olub. Qənirə xanımla müsahibəni təqdim edirik:

– Qənirə xanım, sizi təbrik edirik! İstərdik ki, UNEC-də ənənəvi olaraq hər il keçirilən “Elm aylığı”nın əhəmiyyətini dəyərləndirəsiniz.

– Bəşəriyyətin inkişafında elm faktoru çox əhəmiyyətlidir. İnkişaf etmiş ölkələrin iqtisadi modellərində elm komponenti digər sahələrin inkişafında  multiplikator rolunda çıxış edir. Düşünürəm ki, UNEC-də keçirilən “Elm aylığı” və bu kimi elmi tədbirlər də bu məqsədə xidmət edir. Bu tip tədbirlər elmin əhəmiyyətini bir daha vurğulamaqla biz elm adamlarının konkret sahələr üzrə fokuslanmasına imkan yaradır. Elmi tədqiqatlarla məşğul olan insanlar üçün bu tədbirlərin əhəmiyyəti çox böyükdür. Burada elmi tədqiqatlardan əldə edilən nəticələrin ictimaiyyətə çatdırmasından başqa, fərd olaraq da ölkəmizin nüfuzlu alimlərinin çıxışlarında iştirak etmək və son elmi tədqiqatların nəticələrini dinləmək şansımız olur.

– Müsabiqəyə təqdim olunan məqalələrin keyfiyyətinin yüksək olduğu bildirildi. Belə güclü rəqabət mühitində məqalənizi digərlərindən fərqləndirən üstünlük nə idi?

– UNEC-i digər universitetlərindən fərqləndirən əsas amillərdən biri dörd dildə tədrisin mövcudluğudur. Bu o deməkdir ki, biz bu gün müxtəlif dillərdə, əsasən də ingilis dilində çap olunan nüfuzlu elmi jurnallarda tanınmış iqtisadçı alimlərin əsərlərini oxuyub, onların müasir elmi-tədqiqat metodologiyası ilə tanış ola bilirik. Mən UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) “Beynəlxalq İqtisadiyyat” (ingilis dilli) kafedrasının müəllimi olaraq, bu imkanlardan daha geniş istifadə edə bilirəm. “Elm aylığı”nda qalib olan məqaləmdə də bu üstünlüklərdən faydalanmışam. Onu da qeyd etmək istəyirəm ki, məqalədə  Azərbaycanın tanınmış iqtisadçı alimlərinin əsərlərindən də istifadə etmişəm. Düşünürəm ki, mövzunun aktuallığı, tətbiq edilən metodologiya və əldə edilən nəticələr mənim məqaləmi digərlərindən fərqləndirib. Bundan başqa, məqalədə mövzunun makro və mikro aspektlərinin əhatə edilməsi və eyni zamanda institusional  iqtisadiyyata aid olan bəzi elementlərin yer alması tədqiqatı daha da zənginləşdirib.

– Məqaləniz “Qloballaşma şəraitində Azərbaycanda beynəlxalq investisiya fəaliyyəti və Azərbaycanın milli iqtisadiyyatı üçün strateji yol xəritələri” mövzusunda idi. Mövzunuzda hansı aktual məsələlərə toxunmusunuz?

– İlk öncə onu qeyd etməliyəm ki, müəllimlikdən başqa, mən eyni zamanda UNEC-in doktorantıyam və dissertasiya işim məhz Azərbaycanın beynəlxalq investisiya fəaliyyətinə həsr edilib. Elmi rəhbərim iqtisad elmləri doktoru, professor Elşən Hacızədənin rəhbərliyi altında tədqiqat işi aparıram. Məqalədə ölkə iqtisadiyyatının makroiqtisadi göstəricilərini təhlil edərək ölkədə fəaliyyət göstərən milli şirkətlərin beynəlmiləlləşmə və transmilliləşmə proseslərində iştirak etməsi imkanlarını tədqiq edirəm. Biz burada iri kapitallı şirkətlərdən başqa, kiçik və orta sahibkarlıq subyektlərinin də bu prosesə qoşulmasına dair tədqiqatlar aparırıq. Şübhəsiz ki, bu sahədə ölkə prezidenti tərəfindən təsdiq edilən Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin həyata keçirilməsi məsələləri ön planda yer alır. Düşünürəm ki, bu baxımdan məqalədə kifayət qədər aktual məsələlərə yer verilib.

1794 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser