Elmi-metodik seminar: “Rus dilinin tədrisində innovasiyalar və texnologiyalar”

01 FEVRAL 2017 | VIEWS:
1889

UNEC-in “Rus dili” kafedrasında “Rus dili fənninin tədrisində innovasiyalar və texnologiyalar” mövzusunda elmi-metodik seminar keçirilib.

Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov yeni təlim metodlarının tətbiqini həyata keçirmək məqsədi ilə kafedralarda elmi seminarların keçirilməsinin vacibliyini vurğulayıb.

“Rus dili” kafedrasının müdiri, dosent Gülnarə Rzayeva bildirib ki, innovasiyalar yeni pedaqoji texnologiyaların tətbiqini zəruri edir. Yeni təlim metodlarının kafedranın gələcək fəaliyyətində hansı üsullarla tətbiq ediləcəyinə diqqət çəkən kafedra müsiri, onun tədrisin keyfiyyətinin yüksəldilməsində verəcəyi faydadan danışıb.

Kafedranın baş müəllimi, ped.f.d. Əsgər Hacıyev Rus dili fənninin tədrisində innovativ texnologiyalardan istifadə edərək ənənəvi tədrisdən yeni və kreativ metodla dərslərin keçirilməsini təklif edib. Bildirib ki, yeni metoda əsasən, mövzu üzrə müəllim-tələbə müzakirəsində yeniliklərin üzə çıxarılması bir hədəf kimi götürülüb.

Elmi-seminar fikir mübadiləsi ilə davam edib.

1890 1