ADİU-nun dosenti İstanbul Universitetində mühazirə keçib

25 MAY 2015 | VIEWS:
2054

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Beynəlxalq iqtisadi münasibətlər kafedrasınınn müəllimi dosent İnara Rzayeva Mevlana Mübadilə Proqramı çərçivəsində Türkiyə Respublikasının İstanbul Universitetində olub.

İ.Rzayeva İstanbul Universitetinin “İktisadi və İdari Bilimlər” fakültəsinin Uluslararası ilişkiler bölümündə  “qonaq professor” (visiting professor) statusunda fəaliyyət göstərib. O, universitetin magistrlarına  Features of development of regional economic integration in a globalizing world economy mövzusunda mühazirə oxuyub. Mühazirə professor-müəllim heyəti və  tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Səfərin sonunda dosent İnarə Rzayevaya  İstanbul Universitetinin sertifikatı  təqdim olunub.

2055 1