“Azərsun Holdinq” qapılarını UNEC tələbələrinin üzünə açıb

24 NOYABR 2016 | VIEWS:
2864

Noyabrın 24-də “Azərsun Holdinq” şirkətinin Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbə və məzunları üçün “Açıq Qapı Günü” keçirib. UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi UNEC-in tələbə və məzunlarını şirkətin işə qəbul prosesi ilə daha yaxından tanış etməkdir.

“Azərsun Holdinq”in İnsan Resursları Departamentinin nümayəndələri işə qəbul prosesi və əməkdaşların performans dəyərləndirilməsi mövzusunda geniş məlumat verib. Əlavə olaraq, şirkətdəki təcrübə proqramları və karyera imkanlarından söz açılıb. CV hazırlamaq üsulları nümayiş etdirilib, müsahibə zamanı davranış qaydaları və namizədin müsahibəyə psixoloji hazırlığına dair məsləhətlər verilib. Tələbə və məzunlara müsahibə üsullarını göstərən videoçarx nümayiş etdirilib.

Şirkət əməkdaşları tələbə və məzunların suallarını cavablandırıb.

2865 1