yusif10Cəfərbəyli Yusif Vahid oğlu

2000-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. Əslən Laçın rayonundandır.

2017-ci ildə Ş.Əfəndizadə adına 13 saylı tam orta məktəbin məzunu olub. Elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı ixtisasına qəbul olub və IV kursda təhsil alır.

Kiçik yaşlarında musiqi ilə məşğul olur. Niyazi adına 22 saylı musiqi məktəbində xalq çalğı alətləri şöbəsinin əvvəlcə tar, daha sonra isə xanəndəlik siniflərində təhsil alıb. İstər məktəbdə təhsil aldığı illərdə, istərsə də hal-hazırda ali məktəbdə oxuduğu zaman sosial-ictimai baxımdan çox fəal gənclərdəndir. Təhsil aldığı UNEC-də fəaliyyət göstərən İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri vəzifəsini icra edir.

Dəfələrlə universitetlə cəbhə bölgələrinə səfərlər edib. 2019-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və UNEC-in birgə təşkilatçılğı ilə həyata keçirilən “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası çərçivəsində cəbhə xətlərinə səfər edib və bu aksiyanın fəal iştirakçısı kimi Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən nazirin xüsusi hədiyyəsi ilə təltif olunub.

Universitetin Yaradıcılıq Mərkəzinin üzvü olan Yusif Cəfərbəyli həmçinin musiqi sahəsində də böyük uğurlar əldə edir. 2016-cı ildə AR Təhsil Nazirliyinin və Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin birgə həyata keçirdiyi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə baxış-müsabiqəsində “N.Gəncəvinin sözlərinə ən yaxşı muğam ifası” nominasiyasında 1-ci olmuşdur.

*

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən 2019-cu ildə “Tələbə Baharı” tələbələrin XII Ümumrespublika yaradıcılıq festivalında “Muğam” musiqi nominasiyasında II yer, 2020-ci ildə “Tələbə Baharı” tələbələrin XIII Ümumrespublika yaradıcılıq festivalında “Muğam” musiqi nominasiyasında I yerə layiq görülmüşdür.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin “Nəsimi” ili elan olunması münasibətilə universitetin Yaradıcılıq Mərkəzi ilə birgə Türkiyənin paytaxtı Ankara şəhərində Nəsimiyə həsr olunmuş tamaşada xanəndə obrazında çıxış etmiş və Nəsiminin qəzəllərini muğam üstə ifa etmişdir. Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Təşəkkürnamə və üzərində Nəsiminin rəsmi olan bürünc xatirə pul nişanı ilə təltif olunmuşdur. Bir sıra layihələrin həm iştirakçısı, həm də təşkilatçısı olmuşdur.

2018-ci ildə AR Müdafiə Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi “Gənc Heydərçilər” hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsində qrup rəhbəri olmuş və düşərgənin yekununda Fəxri Fərmanı ilə təltif olunmuşdur.

H.Əliyev adına “Azərbaycan-Qazaxıstan” Respublika Dostluq Cəmiyyətinin üzvüdür və cəmiyyətin tədbirlərində fəal iştirak edir. Azərbaycan Respublikası Tələbələrinin II Qurultayının iştirakçısı olub.

UNEC-in İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri olub.

6446_a2fa2e86731927158fae3c94872c31adMMimage-10-08-20-03-31

Y.Cəfərbəyli UNEC NEWS-da