Miraga-AhmadovBiznes və menecment fakültəsinin dekanı: i.e.n. dos. Əhmədov Mirağa Məhərrəm oğlu

E-mail: [email protected]   

1969-cu ildə Ağdam rayonunda anadan olmuşdur.
1976-1986-cı illərdə Ağdam rayonunda orta məktəbdə təhsil almışdır. 1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur.

1991-1996-cı illərdə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
1993-1996-cı illərdə İnstitutun Tələbə Həmkarlar Təşkilatının sədri olmuşdur.

1996-2000-ci illərdə həmin İnstitutun “Kommersiya və reklam işi” kafedrasında assistent işləmişdir. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya və reklam işi” kafedrasında baş müəllim işləmişdir. 2004-cü ildən “Marketinq” kafedrasında calışmışdır.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, İqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
2010-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Marketinq” kafedrasının dosentidir. 2012-ci ildən AzMEA-nın İqtisadiyyat İnstitutunda doktorantdır.

2004 – 2014-cü illərdə “Texnologiya və dizayn” fakültəsində dekan müavini vəzifəsində işləmişdir.
2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsinin dekanı olub.
Hazırda Biznes və menecment fakültəsinin dekanıdır.

2015-ci ildə ABŞ Dövlət Departamentinin Beynəlxalq Liderlik Proqramında (Ali Təhsilin idarə edilməsi) iştirak edərək Beynəlxalq sertifikata layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

50-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərs vəsaiti, metodik göstəriş və  dərs proqramının müəllifidir. 9 elmi məqaləsi beynəlxalq jurnallarda çap edilmişdir.
Ailəlidir, iki övladı var.

miragaage 2023-10-23 at 18.19.59mm20150317_153405-854x1024FullSizeRendermmIMG-20150318-WA0002-1024x768mmIMG-20150318-WA0010-1024x768mmIMG-20150318-WA0011-1024x768mmIMG-20150318-WA0015-1024x768miraga_IMG-20150318-WA0020-768x1024miri_sert11

 Elmi  əsərlərin  siyahısı

dos. M.Əhmədov UNEC NEWS-da

Rusiyalı şagirdlər UNEC-də təhsil almaqda maraqlıdırlar (12.04.2018)
Azərbaycan iqtisadiyyatı postneft dövründə daha dayanıqlı xarakter alıb (“Xalq qəzeti” – 23.03.2018)
“Milli iqtisadiyyatın dayanıqlı inkişafında kiçik və orta sahibkarlığın rolu” (02.03.2018)
Tədris və akademik kommunikasiyanın təminatında elmi nəşrlər və kitabxanaların rolu: beynəlxalq standartlar və UNEC təcrübəsi (AMK – 28.02.2018)
İslahatlar ölkəmizdə iqtisadi inkişafa təkan vermişdir (02.02.2018)
UNEC aliminin elmi tədqiqatı Thomson Reutersda (12.01.2018)
“UNEC-in hədəflərindən biri imtahanları şəffaf və obyektiv keçirməkdir” (525-ci qəzet – 11.01.2018)
UNEC professorları elmin aktual problemlərindən danışıblar (25.12.2017)
UNEC sahibkarlara dəstək verməyə hazırdır
 (17.11.2017)
“Azərbaycan gəncləri ictimai-siyasi həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə seçilirlər”
 (14.11.2017)
“Xarici bazara çıxışın logistik təminatı: strateji yol xəritəsinin hədəfləri”
 (08.11.2017)
UNEC-in nümayəndə heyəti Türkiyənin Uludağ Universitetində
 (11.07.2017)

UNEC alimləri beynəlxalq elmi konfransda
 (29.06.2017)
“Çingiz dastanı” kitabının təqdimatı olub (AzərTAC – 16.03.2017)

UNEC xarici universitetlərlə təcrübə mübadiləsi edir
 (azedupress.com)
Logistika və ticarətin inkişafında insan kapitalının rolu mühümdür
“Universtetin beynəlxalq elmi konfransa ev sahibliyi etməsi onun nüfuzundan xəbər verir” (06.02.2017)
UNEC alimi konfransda İqtisad Universitetinin idarəçilik sistemindən danışıb (25.11.2016)
Miraga Əhmədov: Meqa fakültələr təhsildə daha çox uğur əldə edir (25.07.2016)
Biznes və menecment fakültəsinin dekan əvəzi kollektivə təqdim edilib (22.07.2016)
UNEC əməkdaşları Ramazan bayramını cəbhə bölgəsində qeyd ediblər (11.07.2016)

 

Tədris etdiyi fənnlər:

Bakalavr pilləsində:  “Marketinq”

Yerinə yetirdiyi tədris-metodiki vəsaitlər:

1.“Turizm marketinqi” (magistr hazırlığı) AzDİU, «İqtisad Universiteti» nəşriyyatı (dos.T.İ.İmanov, dos.L.A.Hacıyeva)
2.“Xidmət sahələrinin marketinqi” “İqtisad Universiteti” nəşriyyatı

miraga_6670miraga0851c5ff704cbee9??????????????????????????????????????????????????????????????sert_miragaокMiraqa_Ahmedov_111219

12697 3