mazahir1805“Standartlaşdırma və sertifikasiya” kafedrasının müdiri t.e.d., professor  Aslanov Zabit Yunus oğlu

Ünvan:   Bakı şəhəri, H.Əliyev küçəsi 135,

Telefon:   +(994) 012 564-67-54,
+(994) 050 429-67-77

E-mail:    [email protected]

 

23 iyul 1962-ci ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Maşınqayırma” fakültəsini bitirmiş və 1990-cı ilədək təyinatla Azərelektroterm istehsalat birliyində mühəndis-texnoloq vəzifəsində işləmişdir.

1990-1992-ci illərdə Azərbaycan Texniki Universitetinin aspirantı olmuş, 1992-ci ildə orada namizədlik dissertasiyası müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1992-2000-ci illərdə Azərbaycan Texniki Universitetinin  “Metrologiya və standartlaşdırma” kafedrasında baş müəllim və dosent vəzifələrində çalışmışdır. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında dosent vəzifəsində işləmişdir. Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli fəaliyyətinə görə 2018-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının qərarı ildə 2019-cu ildə “Qızıl Qələm” və “İlin alimi” Media Mükfatına layiq görülmüşdür.

2011-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında müdir vəzifəsində çalışır.

Texnika üzrə elmlər doktoru, professordur.

O, 200 elmi-metodik əsərlərin, o cümlədən 9 dərslik, 4 dərs vəsaiti, 2 monoqrafiya, 1 ixtira, 28 proqram və 8 metodiki göstərişin müəllifidir. SCOPUS və Web of Science indeksli jurnallarda 6 məqaləsi dərc olunub.

Evlidir, iki övladı var.

zabitt_49301-Sakarya Universitesi Ziyaret_9488 (2)_resize (1)DSC_8881DSC_0080DSC_8712qida-20171026-WA0005

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

dos. Z.Aslanov UNEC NEWS -da

UNEC kollektivi Novruz bayramını daun sindromlu uşaqlarla keçirib (16.03.2018)
UNEC müəllimlərinin Türkiyə universitetlərinə səfəri səmərəli oldu (16.02.2017)
UNEC-də “Beynəlxalq standartlaşdırma günü”nə həsr olunan elmi-praktik seminar
 (18.10.2016)
UNEC-də ilk nümunəvi dərslər keçilib (15.01.2016)

5557 3