Gənclər və İdman Nazirliyi “İdeya var!” müsabiqəsini elan edir

27 DEKABR 2016 | VIEWS:
1390

“İdeya var!” gənclərin l ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin məqsədi gənclərin elmi və yaradıcılıq  fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq,  tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdır.

Müsabiqə “Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, milli mənəvi dəyərlərin  qorunması”,”Qeyri-formal təhsil və gənclərin innovativ yaradıcılığı”,”Ekologiya və sağlam həyat tərzi” və “Sosial həyat” nominasiyaları üzrə aparılır.

14-29 yaşlı gənclər fərdi və ya müəllif qrupu kimi müsabiqədə iştirak edə bilərlər.

Mükafat Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Diplomu  və pul mükafatından ibarətdir.

Hər nominasiya üzrə 1-ci yerin qalibi 500, 2-ci yerin qalibi 300, 3-cü yerin qalibi 200 manat məbləğində pul mükafatı ilə təltif ediləcək.

Layihələrin təşkilat komitəsinə təqdim edilməsi  üçün son tarix 10 yanvar 2017-ci ildir.
Müsabiqənin finalı və qaliblərin  mükafatlandırma mərasimi isə 03 fevral 2017-ci il tarixdə keçiriləcək.

Təşkilat Komitəsinin ünvanı:

Bakı şəhəri, AZ 1072, Olimpiya küç., 4, Gənclər və İdman Nazirliyi

Tel: (+994 12) 465 64 43, 050 247 07 40

elektron ünvan: ideyavar2016@box.az

 

1391 1