oktayh.e.d. Əfəndiyev Oktay Firidun oğlu

1939-cu ildə Bakı şəhərində anadan olub.

1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1963-1965-ci illərdə ordu sıralarında qulluq edib.

1965-1968-ci illərdə Sverdlovsk şəhərində Hüquq İnstitutunun aspiranturasında təhsil alıb, Beynəlxalq hüquq üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

1968-1971-ci illərdə SSRİ EA-nın Dövlət və Hüquq İnstitutunun Beynəlxalq  hüquq şöbəsində elmi əməkdaş;
1971-1974-cü illərdə P. Lumumba adına Xalqlar Dostluğu Universitetinin «Beynəlxalq hüquq» kafedrasında baş müəllim;
1974-1977-ci illərdə SSRİ-nin Hindistandakı  səfirliyində diplomatik korpusda çalışıb.

 

 

*
1977-1990-cı illərdə Moskva Maliyyə İnstitutunun  «Hüquq» kafedrasında dosent;
1990-1991-ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinin «Hüquq» şöbəsində aparıcı mütəxəssis;
1991-1997-ci illərdə isə  Azərbaycan Dövlət İqtisad Universitetinin «Hüquq» kafedrasının müdiri vəzifəsində çalışıb.

9 sentyabr 2009-cu ildə Azərbayсan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının ixtisaslaşmış müdafiə şurasında doktorluq dissertasiyasını müdafiə edib. Hüquq elmləri doktorudur.

50-ə yaxın elmi əsərin və 3 monoqrafiyanın müəllifidir.

Hazırda UNEC-in  “İqtisadiyyat” kafedrasının professor-məsləhətçisidir.

Ailəlidir, iki övladı var.

*

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI