Aaalakbarov20171554192520“Maliyyə və audit” kafedrasının müdiri i.e.d., prof. Ələkbərov Əvəz Əkbər oğlu

e-mail: [email protected]

Əvəz Ələkbərov 1952-ci il iyulun 23-də Qərbi Azərbaycanda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1973-cü ildə həmin institutun uçot-iqtisad fakultəsini bitirib, iqtisadçı ixtisası alaraq Bakı Baş tikinti idarəsində mühasib-hesabdar kimi işləmişdir. Sonra hərbi xidmətdə olmuşdur.

1975-ci ildən Azərbaycan Kənd Tikinti Nazirliyində iqtisadçı, böyük iqtisadçı, plan şöbəsinin rəisi, trest müdirinin iqtisadi məsələlər üzrə müavini işləmişdir. 1980-cı ildə Kuybışev adına Moskva idarəetmə işçilərini təkmilləşdirmə institutunu bitirmişdir. 1981-ci ildən Azərbaycan Nazirlər Soveti İqtisadiyyat şöbəsində böyük referent və müdir müavini vəzifəsində çalışmışdır. 1991-ci ildən yeni yaradılan Azərbaycan Respublikası Pensiya Fondu idarə heyətinin sədri olmuşdur. 1992-ci ildən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləmişdir.

1999-cı ildə Ümumi Milli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Maliyyə Naziri təyin edilmişdir, O bu vəzifədə 7 il işləmişdir. Respublikada iqtisadi siyasətin formalaşmasında, büdcə-vergi, pul-kredit və sosial siyasətin təşəkkül tapmasında səylər göstərmişdir. Onun bilavasitə təşəbbüsü və rəhbərliyi altında ilk “Vergi məcəlləsi”, “Büdcə sistemi haqqında qanun” və “Sosial sığorta haqqında qanun” hazırlanmış və tətbiqinə nail olunmuşdur. Dövlət və hökumət komissiyalarının üzvü olmuşdur. Ölkəmizi ABŞ, Birləşmiş Krallıq, Çin, Türkiyə, İsveçrə, Belçika, Norveç, Rusiya, Səudiyyə Ərəbistanı, Danimarka, Hindistan və başqa ölkələrdə beynəlxalq, ikitərəfli dövlətlərarası konfranslar və tədbirlərdə çıxış edərək təmsil etmişdir. Azərbaycan–ABŞ dövlətlərarası iqtisadi komissiyasının həmsədri kimi iqtisadi əlaqələrin qurulmasında xidmətləri vardır. Beynəlxalq Valyuta fondu, İslam İnkişaf bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və Asiya İnkişaf bankının Azərbaycan üzrə müdiri olmuşdur. Azərbaycan Beynəlxalq Bankı və Birləşmiş Universal Bankın (Kapital Bankın) müşahidə Şurasının Sədri olmuşdur.

20002013-cü illərdə YAP Siyasi Şurasının üzvü olmuşdur. Hal-hazırda YAP Nəsimi rayon təşkilatının Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.

Elmi fəaliyyəti

2003cü ilin sentyabrn 30-da Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda, Bakı şəhərində “Bazar münasibətləri şəraitində Azərbaycanda sosial sığortanın formalaşması və inkişafı problemləri” mövzusunda (elmi rəhbər məşhur iqtisadçı, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Tofiq Quliyev, rəsmi opponentlər iqtisad elmləri doktoru, professor Kamil Şahbazov, iqtisad elmləri namizədi, dosent Adilə Gözəlova, aparıcı təşkilat Rusiya Əmək və Sosial Münasibətlər Akademiyası) dissertasiya müdafiə etmiş və iqtisad elmləri namizədi, 2008-ci ilin yanvarın 15-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən yaradılmış Birdəfəlik Dissertasiya Şurasında “Sosial-iqtisadi inkişafın maliyyə-büdcə tənzimlənməsi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (rəsmi opponentlər AMEA-nın müxbir üzvü Əli Nuriyev, iqtisad elmləri doktoru, professor Məmmədhəsən Meybullayev və iqtisad elmləri doktoru, professor Rafiq Əliyev,aparıcı təşkilat Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu), iqtisad elmləri doktoru elmi dərəcəsi almış və elmi fəaliyyətlə məşğul olmuşdur, 80-dən çox elmi əsərlərin, o cümlədən 5 monoqrafiyanın,1 biblioqrafik kitabın, 1 dərsliyin və 4 dərs vəsaitinin müəllifidir. Həm namizədlik dissertasiya, həm də doktorluq dissertasiya işi AMEA-nın İqtisadiyyat İnstitutunda yerinə yetirilmişdir. Dünya və ölkə mətbuatında ictimai-siyasi və iqtisadi məsələlər üzrə 500-dən çox məqalələri var. 2016-cı ilin fevral ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və audit” kafedrasının müdiri və “Professorlar Klubu” rəyasət heyətinin sədridir.O, 5 iqtisad üzrə fəlsəfə doktoru və 2 iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üzrə elmi rəhbər və elmi məsləhətçi kimi doktorant və dissertantlara töhfə verir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin qərarı ilə 2019-cu ildə “Maliyyə və maliyyə institutları” (hazırda “Maliyyə və audit”) kafedrası üzrə professor elmi adı verilmişdir. Moskvada mötəbər “İqtisadiyyat” nəşriyyatında “Qlobal iqtisadi böhranın anatomiyası” adlı monoqrafiyası çox saylı tirajla çap edilmişdir. (resenzentlər Plexanov adına Rusiya iqtisad Universitetinin dünya iqtisadiyyatı kafedrasının müdiri, əməkdar elm xadimi, RF Akademiyasının müxbir üzvü, prof.Xasbulatov R.İ və RF Hökuməti yanında Maliyyə Universitetinin elmi tədqiqat institutunun direktoru, əməkdar iqtisadçı, professor Perskaya V.V.). “Davamlı İnkişafın Sosial-iqtisadi problemləri” üzrə 37-ci Beynəlxalq Elmi Konfransda “Bank sektorunun maliyyə sabitliyinin dəyərləndirilməsinin kompozid indeksinin tədqiqi” mövzusunda həmmüəlliflərlə tam mətnli elmi məqalə Web of science bazasında dərc edilmişdir. 2019-cu ilin mayın 15-də dünya elminə və iqtisadiyyatına göstərdiyi xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının “Sülh səfiri” beynəlxalq adına layiq gürülmüşdür.

20 iyul 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda təhsil sahəsində səmərəli fəaliyyətinə görə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir.

Azərbaycanrus və türk dillərini bilir. Ailəlidir. İki övladı və nəvələri vardır.

DSC_9576DSC_9238evez_9285DSC_7637DSC_7626

Fəxri adları və təltifləri

  • Flag of the United States.svg “Barons Who’s Who” tərəfindən Yeni Əsrin 500 lideri (2001)
  • Flag of Russia.svg Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü (2005)
  • Flag of Azerbaijan.svg “Azərbaycan Həmkarlar İttifaqlarının 100 illiyi yubileyi” medalı (2006)
  • Flag of Azerbaijan.svg Avropa Nəşr Mətbuat Evinin qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı (2016)
  • Flag of Germany.svg Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü (2016)
  • Flag of Turkey.svg Türk dünyası fəxri mədəniyyət və sülh səfiri (2017)
  • Flag of the United Nations.svg BMT tərəfindən elm və təhsil sahəsində xidmətlərinə görə Avropa Ordeni (2017)
  • Flag of Azerbaijan.svg “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı (2017)
  • Flag of Turkey.svg Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Atatürk mükafatı” (2018)
  • Flag of Germany.svg Avropa Təbii Elmlər Akademiyası tərəfindən Qotfrid Leybnits medalı (2018)
  • Flag of Germany.svg “Avropanın əməkdar elm xadimi” (2018)
  • Flag of the United Nations.svg BMT tərəfindən dünya elminə və iqtisadiyyatına xidmətlətinə görə “Sülh Səfiri” adı (2019)
  • Flag of the United Nations.svg BMT tərəfindən dünya elmində xidmətlərinə görə “Leonhard Euler medalı” beynəlxalq mükafatı (2019)
  • Flag of the United Nations.svg BMT tərəfindən dünya elminə və təhsilinə xidmətlətinə görə “İlin alimi” beynəlxalq mükafatı (2019)
  • Flag of the United Nations.svg BMT tərəfindən dünya elminə və təhsilinə xidmətlətinə görə “Avropa Lideri Ulduzu” ordeni (2020)

13 12  3IMG_0859???????????????????????????????obl-1

i.e.d. Ə.Ələkbərov UNEC NEWS-da

 

Modern.az – İlham Əliyevin seçilməsi ölkənin daha da inkişafına xidmət edəcək (30.01.2024)

Sabiq nazirdən Əli Əsədovun Baş Nazir təyinatına REAKSİYA (09.10.2019)
Prezident İlham Əliyevin əfvlə bağlı sərəncamı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir
 (modern.az – 02.04.2019)

İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycan xalqının siyasi iradəsinin təntənəsidir (“Xalq qəzeti” – 25.04.2018)
UNEC alimlərinin tədqiqatı: “Əmanətlərin sığortalanması işinin təkmilləşdirilməsi” (16.04.2018)
UNEC professoru “Avropanın əməkdar elm xadimi” adına layiq görülüb
 (09.03.2018)
Müasir Azərbaycan iqtisadiyyatı: konkret hədəflər, optimal yollar, görünən üfüqlər
 (“Xalq qəzeti ” – 07.03.2018)
UNEC-in “Professorlar Klubu”nun fəxri qonağı – Rafael Hüseynov
 (06.03.2018)
Atatürk Beynəlxalq Mükafatına layiq görülən UNEC professoru
 (14.02.2018)
Heydər Əliyev: milli-mənəvi dəyərlərimiz və iqtisadiyyatımız
 (“Xalq qəzeti “- 12.12.2017)
Müasir dövrdə maliyyə bazarlarında bank resurslarının iqtisadiyyata təsirinin gücləndirilməsi mühüm strateji prioritetdir
 (“Xalq qəzeti”, 16-17.11.2017)
Azərbaycanın milli sığorta bazarının yüksəlişi maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsinin mühüm hədəflərindəndir
 (“Xalq” qəzeti – 27.10.2017)
Əvəz Ələkbərovdan müraciət – (prezident.az – 22.07.2017)

UNEC-də müzakirə: İslam bankçılığının Azərbaycanda tətbiqi perspektivləri (10.10.2017)
Azərbaycan qarşıya qoyulmuş strateji məqsədləri uğurla reallaşdırır
 (28.09.2017)
UNEC professoru: “Hər manatın dəyəri bilinməli, artıq israfçılığa yol verilməməlidir” – MÜSAHİBƏ
 (27.09.2017)
Ə.Ə.Ələkbərova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 (20.07.2017)
UNEC alimləri beynəlxalq elmi konfransda
 (29.06.2017)
“Türk dünyası fəxri mədəniyyət və sülh səfiri” – UNEC-in kafedra müdiri
 (01.05.2017)

UNEC professoru BMT-nin mükafatına layiq görülüb
 (30.03.2017)

Tələbə və magistrlər “Azərbaycan Sənaye Sığorta”-nın mükafatını qazandı
 (15.03.2017)
Çingiz Abdullayev: “UNEC-də açıq söhbət, səmimi münasibət gördüm”
 (14.02.2017)
Əvəz Ələkbərov Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü seçilib (26.12.2016)
Eks-maliyyə naziri: “Vəziyyət sadə deyil” – MÜSAHİBƏ (Modern.az – 07.12.2016)

UNEC alimləri fiskal siyasət üzrə ekspert qrupu ilə görüşüb (11.11.2016)
UNEC regionun elmi müzakirə mərkəzinə çevrilib
 (29.09.2016)
Elmi nəaliyyətləri inkişaf etdirmək bizim amalımızdır – MÜSAHİBƏ (Modern.az – 27.05.2016)
Əvəz Ələkbərov yeni yaradılan klubun Rəyasət Heyətinin sədri oldu (19.05.2016)
UNEC-in kafedra müdiri mükafata layiq görülüb (15.04.2016)
Əvəz Ələkbərov: “Təhsil sahəsində aktiv işlər getməkdədir, bu hamının gözü gabağındadır”- MÜSAHİBƏ (09.03.2016)

DSC_1271DSC_1272DSC_1273DSC_1277evez89854_nDiplom

bash111111444444goysari222222soz333333

13495 6