“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin saytı yaradılıb

09 FEVRAL 2016 | VIEWS:
2320

Fevralın 9-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin itefy-ib.org rəsmi saytının təqdimatı keçirilib.

Təqdimatda yeni saytın texniki imkanları barədə məlumat verilib. İctimai Birliyə elektron qaydada üzv olmaq, layihələrin sayt vasitəsi ilə qəbulu, məqalələrin yazılması qaydaları iştirakçılara izah olunub.

Təqdimatdan sonra ictimai birliyin iclası keçirilib, cari məsələlər dinlənib və müzakirə edilib.

Qeyd: “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyi 10 sentyabr 2015-ci il tarixində təsis olunub və 28 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq dövlət qeydiyyatına alınıb.

2321 2