“İqtisadiyyat və sənaye” fakültəsində elmi-metodoloji seminar keçirilib

29 OKTYABR 2015 | VIEWS:
2556

Oktyabrın 29-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat və sənaye” fakültəsinin nəzdində daimi fəaliyyət göstərən elmi-metodoloji seminarın ilk məşğələsi keçirilib.

“İqtisadiyyat və sənaye” fakültəsinin dekanı Asiman Quliyev belə məşğələlərin fakültənin professor-müəllim heyətinin elmi biliklərinin artırılmasında mühüm rolu olduğunu bildirib.

Elmi-metodoloji seminarının rəhbəri, “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədov Azərbaycan iqtisad elmində çox az öyrənilən, lakin aktual olan prolemə həsr edilən məruzə ilə çıxış edib. M.Əhmədov “Qloballaşma şəraitində davamlı inkişaf modelinə keçidin dövlət mexanizmi” adlı məruzədə XX əsrin sonunda dünyada baş verən qloballaşma prosesləri milli, regional və beynəlxalq iqtisadiyyatların qarşılıqlı asılılığını gücləndirməklə hər bir milli iqtisadiyyat səviyyəsində sosial-iqtisadi inkişafın paradiqmasını, hərəkətverici qüvvələrini, təbiət-cəmiyyət münasibətlərinin ahəngdarlığını təmin edən prinsip, yol, meyar və mexanizmlərin davamlı inkişaf baxımından dərk olunaraq, yenidən dəyərləndirilməsini obyektiv zəruriyyətə çevirdiyini xüsusi vurğulayıb.

“Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, professor Tofq Quliyev davamlı inkişaf konsepsisyası ilə bağlı maraq doğuran mülahizələr söyləyib.

Elmi-metodoloji seminar müzakirələrlə davam edib.

2557 1