Pan Avropa Universitetinin professoru UNEC-də

10 NOYABR 2017 | VIEWS:
1721

Slovakiyanın Pan Avropa Universitetinin (Pan-European University) professoru Antonin Koraus “Erasmus+” mübadilə proqramı çərçivəsində UNEC-də səfərdədir.

UNEC-in Beynəxalq əməkdaşlıq departamentinin rəhbəri Anar Kazımovla professor A.Korausun görüşündə mövcud və gələcək əməkdaşlıq üzrə danışıqlar aparılıb, birgə layihə və proqramların işlənib hazırlanması, UNEC müəllimləri ilə birgə elmi tədqiqatlar aparmaq müzakirə olunub. UNEC-in infrastruktur və tədris prosesinin təşkili ilə tanış olan qonaq məmnun qaldığını bildirərək, birgə əməkdaşlıq üçün bir çox inkişaf perspektivlərinin olduğunu qeyd edib.

Beş gün davam edən səfər çərçivəsində professor UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH qruplarında “Maliyyə sektorunda təhlükəsizlik və saxtakarlıq” və “V4-də (Visegrad Group- Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya) maliyyə strategiyası və marketinqi” mövzularında mühazirə oxuyub. Professor çıxışında beynəlxalq bankçılığın müqayisəli perspektivinə və dolayısı ilə ikitərəfli müxtəlif konsepsiyasına xüsusi diqqət ayırıb.

Sonda auditoriyanın fikrini dinləyən professor A.Koraus UNEC tələbələrinin bilik və bacarığını yüksək qiymətləndirib.

1722 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser