UNEC-də 4 ildə iki diplom -UDİD proqramına start verildi

08 İYUL 2021 | VIEWS:
300

WhatsApp Image 2021-07-02 at 11.12.19UNEC-də Universitet Daxili İki Diplom proqramına start verilib.

UDİD proqramının məqsədi bakalavrlara qəbul olunduğu ixtisasla yanaşı, ikinci ixtisas üzrə də bakalavr dərəcəsi vermək, tələbələri rəqabətədavamlı mütəxəssis kimi yetişdirmək,  gələcəkdə əmək bazarında layiqli yer tutmaları və onun tələblərinə çevik uyğunlaşmaları üçün imkan yaratmaqdan ibarətdir.

700 bal toplayaraq UNEC-ə daxil olmuş abituriyentlər UDİD proqramına ödəniş qoşulacaq. 600 və daha yüksək bal toplayanlar isə proqram üzrə təhsil haqqının 50%-ini ödəyəcəklər.

UDİD proqramına təhsilinin üçüncü semestrindən müraciət edilir. Tələbənin təhsil müddəti ərzində ayrı-ayrı fənlər üzrə göstəricisi 71-100 bal arasında olmalıdır.

Tələbə UDİD proqramında birinci ixtisasın tədris dili ilə yanaşı, digər tədris dilləri üzrə də iştirak edə bilər.

UDİD proqramına sənəd qəbulu avqustun 15-dək aparılacaq.

*

https://news.unec.edu.az/xeber/106-tedris/7661-bold-red-unec-de-4-ilde-iki-diplom-udid-programina-start-verildi-bold-red

301 1