UNEC ilə Vergilər Nazirliyinin Tədris Mərkəzi birgə təlimlərə start verib

07 FEVRAL 2017 | VIEWS:
3825

UNEC ilə Vergilər Nazirliyinin Tədris Mərkəzi birgə təlimlərə start verib.

UNEC-in “Maliyyə və maliyyə institutlari” kafedrasının təşkilatçılığı ilə keçirilən təlimlərin ilk günündə kafedra müdiri, professor Əvəz Ələkbərov bildirib ki, “Vergi qanunvericiliyinin tədbiqi” mövzusunda keçirilən təlimdə əsasən “Maliyyə və maliyyə institutları” kafedrasının professor-müəllim heyəti iştirak edəcək. Təlimlərdə eyni zamanda “Azərbaycan Respublikasının milli iqtisadiyyat prespektivi üzrə Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun vergi orqanlarının işinin daha da təkmilləşdirilməsi məsələləri geniş şərh olunacaq.

Vergilər Nazirliyinin Tədris Mərkəzinin direktor müavini Mirəli Kazımov mərkəz əməkdaşları – təlimçilər Mirəli Kazımov, Ramiz Məhərrəmov, İmran Qarayev və Azər Mustafayevi təlim iştirakçılarına təqdim edib.

Təlimlər beş gün davam edəcək.

3826 1