UNEC-in distant Yay semestrinə bütün universitetlərin tələbələri qoşula biləcəklər

03 İYUN 2020 | VIEWS:
613

yay_semestr_030620UNEC-də 2019/2020 Yay semestri üzrə mühazirə-məşğələ sessiyasının təşkilinin 20 iyul-23 avqust, imtahan sessiyasının isə 24 avqust-28 avqust  tarixlərində keçirilməsi nəzərdə tutulub.

UNEC tələbələri ilə yanaşı, digər universitetlərin tələbələri də Yay məktəbində iştirak edə bilərlər. Yay məktəbinin distant formada təşkili regionlarda yaşayan tələbələrə də burada iştirak etmək imkanı yaradır. Onlayn qeydiyyatdan keçməklə həmin tələbələr Yay məktəbinin iştirakçısı ola biləcəklər.

UNEC-də Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 həftədir. İmtahan müddəti 1 həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir. Qiyabi təhsil formasında isə tədris müddəti 3 həftə olaraq müəyyən edilir.

Qeyd edək ki, Yay semestrinin təşkili ilə bağlı UNEC Yay məktəbi 2020 Facebook səhifəsi yaradılıb. Tələbələr Yay semestri barədə suallarla bağlı həmin səhifəyə müraciət edə bilərlər.

http://news.unec.edu.az/xeber/106-tedris/6512-bold-red-unec-in-distant-yay-semestrine-butun-universitetlerin-telebeleri-goshula-bilecekler-bold-red

614 1