UNEC-in “Erasmus+” proqramı çərçivəsində uğurları müzakirə olunub

24 NOYABR 2016 | VIEWS:
2434

Azərbaycan üzrə Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov və ofisin əməkdaşı Aygün Rüstəmli Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-in Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” mübadilə proqramında iştirak edən müəllim və tələbələrlə görüşdə proqram ilə qazanılan uğurlardan danışılıb, təcrübə və təəssüratlar paylaşılıb. “Erasmus+” mübadilə proqramının birinci əsas fəaliyyət növü üzrə bir çox Avropa ölkələri ilə tələbə-müəllim mübadiləsi sahəsində fəal əməkdaşlığın müsbət effektləri barədə fikir mübadiləsi aparılıb. UNEC-in müəllim və tələbələri proqramda daha optimal iştirak üçün təkliflər səsləndiriblər. Qeyd olunub ki, ali təhsil müəsissələrinin beynəlmiləlləşməsi və əlaqələrinin genişləndirilməsi üçün “Erasmus+” proqramı böyük imkanlar yaradır və UNEC-in bu proqramda fəal iştirakı daha da artırılacaq.

2435 1