UNEC tələbələrinə MTU “AİM” –nin sertifikatları təqdim edilib

30 OKTYABR 2015 | VIEWS:
2378

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Rusiyanın Milli Tədqiqat Universiteti “Ali iqtisad Məktəbi”ndə stajkeçmə proqramın iştirakçıları olublar. Proqram hər iki ali məktəb arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilib.
UNEC-in BİM fakultəsinin 4-cu kurs tələbəsi Tanrıverdizade Kəmran, “İqtisadiyyat və Sənaye” fakultəsinin 3-cu kurs tələbəsi Musayeva Əminə və həmin fakultənin 2-ci kurs tələbəsi Şahmarova Sona MTU “AİM”–nin tədris prosesində və müxtəlif tədbirlərində aktiv iştirak ediblər.
Tələbələrimiz MTU “AİM”–nin “Dünya iqtisadiyyatı və Dünya siyasəti”, eyni zamanda “Sosial Elmlər” fakultələrinin tələbələri ilə birqə seminar və mühazirələri dinləyərək, çıxışlar ediblər.
Stajkeçmənin sonunda UNEC tələbələrinə sertifikatlar təqdim olunub.

2379 1