UNEC voleybolçuları qalib gəldi

28 MART 2017 | VIEWS:
2047

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XIII Respublika universiadasında UNEC-in voleybol komandası yarışıb.

UNEC-in voleybol komandası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə üz-üzə gəlib. Gərgin keçən oyunda UNEC komandası 2:0 hesabı ilə rəqib komandaya qalib gəlib.

Komandanın baş məşqçisi Vahid Yolçuyev bildirib ki, UNEC-in İdman klubu ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XIII Respublika universiadasına xüsusi olaraq hazırlaşıb.

Komandamızı təbrik edirik!

Qeyd edək ki, XIII Respublika universiadası Gənclər və İdman, Təhsil nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası ilə razılaşdırılan təqvim planına uyğun olaraq keçirilir.

2048 1