ƏSRİN FACİƏSİ (26.02.2019)

Bu gün Bakı Qida Sənayesi Kollecində Həmkarlar İttifaqının təşkilatçılığı ilə  Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözu ilə açan kollecin direktoru Vilayət İsmayılov Xocalı faciəsindən danışaraq qeyd etmişdir ki, Xocalı faciəsi əsrin ən dəhşətli faciələrindən birisidir. Bu gecənin dəhşəti, insanların gülləbaran edilməsi, günahsız insanların öldürülməsi yaddaşlarda silinməyən izlər qoymuşdur. Sonra İsmayılov qeyd etmişdir ki dövlətimizin, hörmətli prezidenti İlham Əliyevin uzaqgörən və ağıllı siyasəti nəticəsində Xocalı faciəsi beynəlxalq aləmdə öz həqiqi  qiymətini alacaq. Sonra çıxış edənlər də Xocalı faciəsindən ürək ağrısı ilə danışdılar. Onlar da öz çıxışlarında  Xocalı faciəsini  Azərbaycan millətinə xalqına qarşı yönəldilmiş soyqırımı olduğunu nəzərə çatdırdılar. Tədbirə dəvət olunmuş Xocalı vətəndaşları da keçdikləri və yaşadıqları bu faciənin ağırlığından söz açaraq dedilər ki, biz faciəni heç vaxt yadımızdan çıxardmayacaq və ölənə qədər bu faciəni unutmayacayıq. Sonra tələbələrin ifasında Xocalı faciəsinə həsr olunmuş əbədi bədii kompozisiya təqdim olunmuşdur. Sonda Həmkarlar İttifaqının sədri S.Şərifova tədbir iştirakçılarına təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, bu günki tədbirimizin sonunda biz də səsimizi milyonların səsinə qoşaraq Beynəlxalq təşkilatlara müraciət qəbul edirik:
“Xocalıya ədalət”  kompaniyasını dəstəkləyirik və tələb edirik ki, Xocalı soyqırımı kimi öz həqiqi qiymətini alsın!

*

1551183179_3c1df2dc-59a5-4125-bb19-cf7a990e9098 1551183209_f2b77324-1052-4c57-890a-a0ab8c7c9430 1551183215_4be13f5e-e376-4329-abcf-1a20c5dae293 1551183224_f6469d51-d80d-4e1c-9ddf-782dd2fbaf2a 1551183229_6b274c0c-2cfe-4ea5-bc9d-52c1ea7e9ba6 1551183245_e6f625b4-bea9-4f02-b95f-0a2b7ae355a8 1551183276_89b2b2c0-efad-4d2c-8ade-20fd8631c354