UNEC İKT avadanlıqlarının və digər mal-materialların satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

12 AVQUST 2020

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
İKT avadanlıqlarının və digər mal-materialların satınalınması ilə əlaqədar
AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçiriləcək.
Lot 1 – İKT avadanlıqlarının və digər mal-materialların satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, mal, iş və xidmətlərin qısa müddətdə təhvil verilməsi, podratçının ixtisas göstəricilərinin uyğunluğu.

Əlaqələndirici şəxs: Aqil Əhmədov
Əlaqə telefonu: (012) 492-59-03, daxili 1127
Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç.6

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) aşağıda qeyd olunan hesaba 300 (üç yüz) manat məbləğində vəsaiti ödədikdən sonra elektron müraciət edərək, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri:

VÖEN   1700091281
Bankın adı: “Kapital Bank” ASC-nin Səbail filialı
VÖEN  9900003611
M/H     AZ37NABZ01350100000000001944
H/H:    AZ96AIIB33010019443507362105
Kodu: 200059
SWIFT: AIIBAZ2X

*
Malgöndərənlər iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
3. Tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı – bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır)
4. Malgöndərən haqqında tələb olunan sənədlər aşağıdakılardır:

  1. Malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  2. Malgöndərənin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
  3. Malgöndərənin ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlər şəklində və formalarda təqdim olunmalıdır);
  4. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
  5. Malgöndərən tərəfindən işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış;
  6. Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. Mikro, kiçik və ya orta sahibkarlıq subyekti olmasını təsdiq edən sənədlər;

*
Malgöndərənlər 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 01.09.2020-ci il saat 11:00-a kimi dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Malgöndərənlər öz tender təkliflərini və bank zəmanətini 09.09.2020-ci il, saat 11:00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri zərfləri 10.09.2020-ci il tarixində saat 11:00-da – elektron portal vasitəsilə açılacaqdır.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Tender komissiyası

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser