“5.0 Cəmiyyətlərdə strateji, sosial və iqtisadi çağırışlar” mövzusunda XVI Beynəlxalq Strateji İdarəetmə adlı beynəlxalq konfrans keçiriləcək

12 İYUL 2021

28-30 oktyabr tarixində “5.0 Cəmiyyətlərdə strateji, sosial və iqtisadi çağırışlar” mövzusuna həsr olunmuş XVI Beynəlxalq Strateji İdarəetmə adlı beynəlxalq konfrans keçiriləcək.

Konfrans Beynəlxalq Texniki Strateji İdarəetmə, İdarəçilər Dərnəyinin təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İstanbul Texniki Universiteti, Gebze Texniki Universiteti, Yıldız Texniki Universiteti və Nişantaşı Universitetinin birgə əməkdaşlığı ilə keçiriləcək.

Konfransın UNEC-də keçirilməsi nəzərdə tutulub.

Konfransın əsas müzakirə mövzuları:

  • Strateji idarəetmədə əsas anlayışlar
  • Strateji fəaliyyətin idarəedilməsi
  • Davamlılıq və sosial məsuliyyətlər
  • Qeyri hökümət təşkilatlarında strateji idarəetmə
  • Dövlət idarəçiliyində strateji idarəetmə
  • Xidmət sektorunda strateji idarəetmə
  • Xarici və daxili mühitin təhlili
  • Strategiyanın formalaşması
  • Strategiyanın tətbiqi
  • Strateji nəzarət və audit
  • Strateji idarəetmədə əsas və fərləndirici xüsusiyyətlər
  • Korporativ strategiya
  • Biznes strategiyası
  • Beynəlxalq strateji idarəetmə
  • Strateji marketinq menecmenti
  • İnsan resurslarının strateji idarə edilməsi
  • Strateji idarəetmədə davranış qaydaları
  • Liderlik və strateji idarəetmə
  • Strateji idarəetmədə maliyyə məsələləri
  • Tədqiqat-inkişaf strategiyaları
  • Logistika və təchizat zəncirinin idarə edilməsi
  • Əməliyyatlar menecmenti
  • İnformasiya texnologiyalarının idarə edilməsi
  • Keyfiyyətə nəzarətin idarə edilməsi
  • Strateji sahibkarlıq
  • KOB-un idarəedilməsi
  • Korporativ mədəniyyət
  • Korporativ idarəetmə
  • Strateji idarəetmədə etik normalar
  • Səhmdarlarla münasibətlərin idarə edilməsi
  • Təşkilat nəzəriyyəsi və strukturu
  • Qloballaşan dünyada strateji idarəetmə modelləri və yanaşmalar
  • Avropa tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və strateji idarəetmə
  • Avrasiya siyasəti və strateji idarəetmə
  • Avropa birliyindəki strateji məsələlər
  • Qloballaşan iqtisadiyyatın dəyişən perspektivində beynəlxalq logistika
  • 4.0 Sənaye əsrində beynəlxalq ticarət logistikasının yeni çağırışları
  • Ali təhsil müəssisələrinin strateji idarə edilməsi
  • Strtaeji menecmentin tədrisi
  • İqtisadiyyat və idarəetmə
  • Strateji marketinq
  • Strateji brend menecment
  • Strateji idarəetməyə aid digər mövzular

*
Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, tələbə və tədqiqatçılar iştirak edə bilərlər. Konfrans materialları kitab şəklində çap olunacaq. Konfransın “Hibrid” formatda (virtual və əyani) keçirilməsi nəzərdə tutulur.

Məqalələr üzrə ödəniş qaydaları:

  • Hər bir iştirakçı tərəfindən təqdim olunan məqaləyə görə iştirak haqqı ödənilməlidir. İki vəya daha çox həmmüəllif bir məqalə ilə konfransda iştirak edəcəksə, hər müəllif tərəfindən iştirak haqqı ödənilməlidir.
  • Bundan əlavə, bir neçə həmmüəllifin iki və ya daha çox məqaləsi dərc olunmaq üçün qəbul edilərsə (yəni bir məqalə ödənişinə görə), ancaq bir həmmüəllif konfransda iştirak etmək haqqını əldə edəcəkdir.
  • Bir neçə həmmüəllif  bir məqalə təqdim edərsə və bu həmmüəlliflərdən yalnız biri konfransda iştirak edərsə, yalnız bir iştirakçı tərəfindən iştirak haqqı ödənilməlidir.
  • Bir müəllif 2 və ya daha çox məqalə təqdim edərsə, ilk məqalə üçün ödəniş şərtlərinə uyğun iştirak haqqını ödəməli, bununla yanaşı digər tək müəllifli məqalələrinə görə 100 Avro ödənilməlidir.

*
Məqalələrin təqdim olunması və qeydiyyatı:

  • 13 avqust-məqalələrin son qəbul edilməsi tarixi;
  • 30 avqust-təqdim olunan məqalələrin qəbul edilməsi haqqında məlumat;
  • 6 sentyabr- Məqalələrin (düzəliş tələb olunmuş) təqdim olunma tarixi;
  • 13 sentyabr-ilkin qeydiyyatın son tarixi.

*
Qeyd:

1. Məqalə müəllifləri “Future Academy-EpSBS-Copyright Form” müəllif hüquqları formasını doldurub imzalayaraq, tələb olunan məlumatları qeydiyyat formalarına (http://www.isma.info/ismc2020/?p=registration-form) daxil edərək konfrans katibliyinə (strategicman@gtu.edu.tr) təqdim etməlidir.

2. Konfrans haqqında ətraflı məlumat: http://www.isma.info/ismc2020/

Konfransın ödəniş qaydaları

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser