Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün hansı sənədlər lazımdır?

07 AVQUST 2019

Dövlət sifarişi və ödənişli əsaslarla (güzəştsiz) qəbul olan abituriyentlərin qeydiyyatı  üçün tələb olunan sənədlər:

1.Attestatın əsli;

2.Şəxsiyyət vəsiqəsinin surəti – 3 ədəd;

3.Sağlamlıq haqqında tibbi arayış;

4.İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar üçün) -2 ədəd;

5.Fotoşəkil(ağ fonda) 3×4 ölçüdə-5 ədəd;

6.Əmək kitabçasının surəti (işləyənlər üçün).

QEYD: ödənişli təhsil alan I kurs tələbələri qeydiyyatdan keçərkən I ilin təhsil haqqını müqavilə şərtlərinə uyğun tam şəkildə ödəməli, sonrakı illərdə isə ildə iki dəfə  hissə-hissə ödəyə bilər. 

Təhsil haqqının ödənilməsində güzəştlər (azad olunma) aşağıdakı şəxslərə şamil edilir:

1.2011/2012-ci tədris ilindən etibarən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları.

“Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında”

Əsas: Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamı.

2.Şəhid ailəsi statusunu almış ailənin üzvü.

Əsas: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”

Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli Qanunu (maddə 3).

3.2014/2015-ci tədris ilindən etibarən:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında”.

Əsas:Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamı.

4.Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan uşaqlar (23 yaşınadək).

Əsas: “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1).

Əsas:“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).

5.Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində, ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 3 may 2019-cu il tarixli sərəncamı

 

Təhsil haqqından azad olunan abituriyentlərdən tələb olunan sənədlər:

 

I. Məcburi köçkün statusu olan Azərbaycan Respublikası   vətəndaşları:

1.Attestatın əsli;

2.Sağlamlıq haqqında tibbi arayış;

3.Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə-5 ədəd.

4.İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2 ədəd;

5.Şəxsiyyət vəsiqəsinin surəti – 3 ədəd;

6.Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin, notarial qaydada təsdiq edilmiş surəti;

 

II. Şəhid ailəsinin üzvü olan abituriyentlər:

1.Attestatın əsli;

2.Sağlamlıq haqqında tibbi arayış;

3.Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə-5 ədəd;

4.Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvi kimi vəsiqənin surətini, vəsiqəsi olmayanlar doğum haqqında şəhadətnamənin surətini təqdim etməlidir

5.Şəxsiyyət vəsiqəsinin surəti-3 ədəd;

6.İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2 ədəd;

7.Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti; 


III. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

1.Attestatın əsli;

2.Sağlamlıq haqqında tibbi arayış;

3.Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə-5 ədəd;

4.Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

5.Şəxsiyyət vəsiqəsinin surəti-3 ədəd;

6.İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2 ədəd;

7.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88). Arayışlar elektron formatda olmadıqda arayışın sürəti notarial qaydada təsdiq edilməlidir.(Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır.)

IIIa. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

1.Attestatın əsli;

2.Sağlamlıq haqqında tibbi arayış;

3.Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə-5 ədəd;

4.Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

5.Şəxsiyyət vəsiqəsinin surəti-3ədəd;

6.İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2 ədəd;

7.Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının  müdafiəsi zamanı həlak olması barədə sənəd. Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)

 

IV . 23 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər:

1.Attestatın əsli;

2.Sağlamlıq haqqında tibbi arayış;

3.Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə-5 ədəd;

4.Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

5.Şəxsiyyət vəsiqəsinin surəti-3ədəd;

6.İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2  ədəd;

7.Vətaf etmiş valideyinin ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasında sonuncu müayinəyə dair məlumat. (Forma 88) Arayışlar elektron formatda olmadıqda arayışın sürəti notarial qaydada təsdiq edilməlidir;

V. I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək abituriyentlər:

1.Attestatın əsli;

2.Sağlamlıq haqqında tibbi arayış;

3.Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə-5 ədəd;

4.Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

5.Şəxsiyyət vəsiqəsinin surəti-3ədəd;

6.Tibbi sosial ekspert kommisisyasında sonuncu müayinəyə dair məlumat. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasında sonuncu müayinəyə dair məlumat. (Forma 88) Arayışlar elektron formatda olmadıqda arayışın sürəti notarial qaydada təsdiq edilməlidir;

Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.

QEYD: Əlillik arayışları müddətsiz deyilsə, göstərilən müddətə azad olunur.

Abituriyentlərin UNEC-ə qeydiyyatı I mərhələ üçün 15-27 avqust tarixlərində aparılacaq.
*
Abituriyentlərin universitetə qeydiyyatı onların iştirakı olmadan aparılmır.

Abituriyent tələb olunan sənədləri həftənin I-V günləri saat 09:00-17:00-dək (13:00-14:00 nahar fasiləsi) UNEC-in II tədris binasına (Həsən Əliyev, 135) təqdim etməlidir.

Qəbul Komissiyası

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser