Abituriyentlərin qeydiyyatı başlayıb – ÜNVAN

16 AVQUST 2018

UNEC ailəsinə yeni qoşulan bütün abituriyentləri səmimi qəlbdən təbrik edir, təhsillərində müvəffəqiyyətlər arzu edirik!

Abituriyentlərin UNEC-də qeydiyyatı (I mərhələ) 16-28 avqust tarixlərində, boş qalan yerlərə qəbul olan abituriyentlərin qeydiyyatı (II mərhələ) isə 24 avqust – 3 sentyabr tarixlərində aparılacaq.

Abituriyentlərin Universitetdə qeydiyyatı onların iştirakı olmadan aparılmır.

Qeydiyyat UNEC-in 2 saylı tədris binasında (Həsən Əliyev, 135, Gənclik və Nəriman Nərimanov metrostansiyalarının yaxınlığında) təşkil olunur. nvanı xəritədə göstər)

Qəbul Komissiyası