Almaniyada tədqiqat aparmaq imkanı

19 MAY 2017

Azərbaycan Dövlət İqtisad Universiteti ilə Almaniyanın Siegen Universiteti arasında “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” (“Project EE-KEY-AZ: Entrepreneurship Education: A Key to Job Creation and Employability in Azerbaijan”) mövzusunda həyata keçirilən layihə çərçivəsində UNEC-in doktorant və tədqiqatçıları üçün Almaniyada bir ay ərzində elmi araşdırma aparmaq imkanı təklif olunur.

Seçiləcək UNEC əməkdaşları cari ilin sentyabr-dekabr ayları arasında Siegen Universitetinə elmi ezamiyyətə göndəriləcək. Səfərlə bağlı bütün xərclər layihə büdcəsi hesabına ödəniləcək.

Namizədlər üçün əsas tələblər:

  • UNEC-in ştatda olan əməkdaşı olması
  • İngilis dilini akademik səviyyədə bilməsi
  • Almaniyada tədqiqat aparmaq istədiyi mövzuya dair ingilis dilində referat təqdim etməsi
  • Araşdırma sahəsinin Siegen Universitetindəki tədqiqat istiqamətlərinə uyğun olması
  • Cari ilin dekabr ayında Almaniyaya getmək imkanının olması
  • UNEC-dəki dissertasiya işinin müəyyən bir hissəsini yerinə yetirmiş olması.

Müraciətlərin son qəbul tarixi: 10 iyun 2017-cı il 

Əlaqələndirici şəxs:
Afət Ələkbərova, Beynəlxalq əlaqələr departamenti, İstiqlaliyyət 6, UNEC-in əsas tədris binası, 115-ci otaq,
tel.: (+99412) 492-60-45, afet.alakbarova@unec.edu.az