Avstriyanın Vyana şəhərində “21-ci əsr Təhsil innovasiyaları” üzrə beynəlxalq seminar

19 İYUN 2017

26 iyun-21 iyul tarixlərində Avstriyanın Vyana şəhərində “21-ci əsr Təhsil innovasiyalar”ı üzrə beynəlxalq seminar keçiriləcəkdir. Beynəlxalq seminarda“Təhsildə Beynəlxalq Tədbirlərin İdarə Olunması” mövzusunda universitetlərin beynəlxalq şöbə əməkdaşları, Kooperativ Beynəlxalq Proqram mütəxəssisləri, mədəniyyətlərarası kommunikasiya və beynəlxalq münasibətlər üzrə təhsil alan tələbələr və təhsil sahəsi üzrə tədqiqatçılar iştirak edəbilərlər. Seminarın rəsmi dili rus, ingilis, alman dilləridir. Seminarda Rusiya və MDB ölkələri iştirakçıları üçün iştirak haqqı 390 Avro və Avropa ölkələri iştirakçıları üçün isə 480 Avrodur. Qeyd edək ki iştirak haqqına yol və yaşayış xərcləri daxil deyil. Seminar proqramı eyni zamanda onlayn 120 saatlıq kurs vasitəsi ilə də keçirilməkdədir.

Son müraciət tarixi: 21 iyun 2017

ƏTRAFLI