Beynəlxalq elmi-praktik konfrans keçiriləcək

28 APREL 2017

Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2017-ci ilin 22-23 sentyabr tarixlərində “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulur.

Konfransın keçirilməsində əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın artırılması və hesabatlığın yüksək səviyyədə qurulması, mütərəqqi nəzarət forma və metodlarının, maliyyə hesabatlığı sahəsində qabaqcıl təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində müzakirələr aparmaqdan ibarətdir.

Yerli və xarici mütəxəssisləri konfransın işində iştirak etməyə dəvət edirik.

Məruzə və tezislər 2017-ci il 1 may tarixinədək qəbul edilir.

Tezislər 2 səhifədən, məruzələr isə 6 səhifədən çox olmamaqla, A4 formatda, 12 ölçüdə Arial şrifti ilə çap edilmiş şəkildə (2 nüsxə) elektron variantda (müəllifin soyadı, adı, atasının adı, iş yeri və vəzifəsi, elmi dərəcəsi, əlaqə telefonu dəqiq göstərilməklə) Auditorlar Palatasında qəbul olunur.

Ünvan: AZ1072, Bakı şəhəri, S.Y.Bakuvi küçəsi, 35; (Əlaqələndirici şəxs: Nigar Əlisoy; Telefonlar: 465-65-35; 564-80-62; faks: 498-28-55; 070-655-58-58 mob.).

E-mail: audit-azerbaijan@audit.gov.az

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser